14 August 2023

İmam Hüseynin (ə) Kərbəlaya hansı yollarla gəldiyi araşdırılır

İmam Hüseynin (ə) Kərbəlaya hansı yollarla gəldiyi araşdırılır


Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi İmam Hüseyn (ə) və Əhli-Beytinin (ə) Kərbəlaya gəlməsi yollarının izlənməsinin dördüncü mərhələsinin başlandığını elan edib.

 

İmam Hüseynin (ə) şəhadətinin il dönümündə (2017-ci ilin oktyabr) başlanılacaq bu mərhələdə şəhid İmamın (ə) Kərbəlaya gəlişi yolları İraqın daxilində izlənilməsinə başlanacaq.

 

"Bu axtarış səfəri qrupuna müxtəlif elm sahələrindən 30 professor da qatılacaq", - deyə mərkəzin rəhbəri Əbdül Əmir Əl-Qureyşi bildirib.

 

O, həmçinin bildirib ki, mərkəz yaxın vaxtlarda İmam Hüseynin (ə) Kərbəlaya gəlişi yollarının əsl tarixini açıqlayacaq. Bu haqda dəyərlər saytı məlumat verib.