Monday 19 May 2025

14 August 2023

Avstraliyada Həzrət İmam Mehdinin (ə.f) mövludu qeyd olundu

Avstraliyada Həzrət İmam Mehdinin (ə.f) mövludu qeyd olundu


Avstraliyanın Adelaida şəhərində Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.

 

İQNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, Cəfəriyə institutunda təşkil olunan mərasim camaat namazı qılınmasından sonra, Quran tilavətilə başlayıb. Mərasimdə Hindistan və Pakistanın böyük şairləri tərəfindən şeirlər oxunub, surudlar ifa olunub.

 

Adelaida Cəfəriyə institutunun alimi höccətül-İslam Heydəri insanların böyük həvəslə bu tədbirə qatılmasının mərkəzdə keçirilən mədəni proqramlara yeni bir nəfəs gətirdiyini bildirib.

 

Təntənəli tədbirlər​ Cəfəriyə İnstitutunda axşam və işa namaz vaxtlarının olunmasından sonra başlayıb və müxtəlif proqramlarla davam etdi.