İranın Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində şəban ayının daxil olması və Şəbaniyyə mövludlarının keçirilməsi münasibətilə bayram hazırlıqları görülüb.
Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, İmam Hüseynin (ə) mübarək mövludunu qeyd etmək üçün on minlərlə insan İmam Rzanın (ə) hərəminə gəlib.
"Mövludlar ayı" adlandırılan Şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövudlarının keçirilməsi üçün İmam Rzanın (ə) hərəmi gül çələngləri, rəngli işıqlar və mövlud bayraqları ilə bəzədilib.