İmam Hadi və İmam Əsgərinin (ə) məzarlarının yeni zərihi Məbəs bayramı ərəfəsində aprelin 24-də rəsmi mərasim keçirilmədən zəvvarların ziyarəti üçün açılıb.
Baxmayaraq ki, altı guşəli zərihin açılış mərasimi Şəban ayının 15-ə planlaşdırılmışdı, lakin Əhli-beytin (ə) yardımı və icraçıların səyi nəticəsində yeni zərihin quraşdırılması prosesi 20 gün tez başa çatıb.
Zərih sübh namazı zamanı zəvvarların ziyarəti üçün açılıb.
İraqın Samirra şəhərində Əhli-Beytin (ə) 10-cu imamı Həzrəti Əliyyən Nəqi (ə) və 11-ci imamı Həzrəti Həsən Əsgərinin (ə) yeni mübarək zərihi 11 ton çəkisi var. Zərihin hazırlanması üçün 4 ton yarım xalis gümüş, 1 ton 100 kiloqram mis, 60 kiloqramdan artıq qızıldan istifadə olunub. Xəbər maidə saytına istinad edilir.