Monday 19 May 2025

14 August 2023

Rusiyanın Kızlər vilayətində Hz. Əlinin (ə) möhtəşəm mövlud mərasimi keçirilib

Rusiyanın Kızlər vilayətində Hz. Əlinin (ə) möhtəşəm mövlud mərasimi keçirilib


Möminlərin əmiri Həzrəti Əli(ə)-ın təvəllüd ildönümünə həsr olunmuş bayram mərasimi Kizlər şəhəri, İmam Hüseyn(ə) məscidində geniş izdihamla qeyd olunmuşdur. Qurani-kərimin nurlu ayələri ilə başlayan məclisdə tanınmış ruhani Kərbəlayi Ruhid çıxış edərək, Kəbənin övladı Həzrət Əlinin (ə) əzəməti və imamətinin əhəmiyyətindən söhbət açmışdır.

Məclisdə Əhli-beyt (ə) məddahları gözəl mədhiyyələr oxumuş, Dini Nəğmələr Qrupu öz ifası ilə könül oxşamışdır. Məclis birlik, qardaşlıq əhval-ruhiyyəsində davam etmiş, dua ilə tamamlanmışdır. Allah qəbul etsin!