“Mehrnews”-in istinadən verdiyi xəbərə əsasən, mətbuat konfransında iştirak edən höccətül-islam Seyid Əli Qazi deyib: “Həcc ziyarətə dinimizin əsas məsələlərindəndir. Şiə də, sünni də bu məsələyə önəm verirlər. Ötən il baş verən Mina faciəsi səbəbilə xalqımız həcc mərasimində məhrum olunmuşdu. Səudiyyə Ərəbistanı ilə aramızda keçən müzakirələrdə xalqımız, məmurların və ən önəmlisi rəhbərimiz Ayətullah Xameneinin istəkləri nəzərə alındı. Bu müzakirələr tam olaraq məntiqli surətdə keçirildi və zəvvarlarımızın izzətli və hörmətli surətdə ziyarəti üçün şəraitin yaradılacağı və ötən il baş verən problemlərin bir daha baş verməməsilə bağlı razılıq əldə olundu.”
Ötən il baş verən Mina faciəsinə də toxunan höccətül-islam Qazi Əskər bildirib: “Ötən il baş verən hadisələrə görə Ben-laden şirkəti tərəfindən şəhid ailələrinə qanbahası (təzminat) və Ərəbistan kralı tərəfindən isə hədiyyələr təqdim olunacaq.” Bu haqda Əhlibeyt saytının Gürcüstan filialı yazıb.