14 August 2023

Hz. Əlinin (ə) hərəminin cənub və şimal cinahları Hz. Zəhranın (ə) mövludunda açılacaq

Hz. Əlinin (ə) hərəminin cənub və şimal cinahları Hz. Zəhranın (ə) mövludunda açılacaq


Nəcəfül-Əşrəf şəhərində yerləşən İmam Əlinin (ə) mütəhhər hərəminin Fatimeyi-Zəhra (s.ə) səhnində təmir işləri davam etdirilir.

Dəyərlər saytı İmamali saytına istinadən xəbər verir ki, hərəmin baş katibi Seyid Nizar Haşim Həbl Əl-Mətin Fatimeyi-Zəhra (s.ə) səhnində gedən təmir işlərinin öz qrafiki üzrə davam etdiyini bildirib. Seyid Nizar Haşim səhndə təmir işlərinin 70%-dən artıq görüldüyünü və cənub və şimal qanadlarının Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə açılacağını söyləyib.