Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminə çıxan yeraltı tunelin inşa işləri başa çatıb.
Zəvvarların rahat şəkildə İmam Hüseynin (ə) hərəminə çatması üçün yerin 5 metr dərinliyində inşa edilən tunelin uzunluğu 70 metrdir.
Tunelin giriş hissəsi sınmayan şüşə konstruksiyalarla inşa olunub.
Hazırda yeraltı tunelin çıxışlarında ağaclar, gül-çiçəklərin əkilməsi və s. dekorasiya işləri həyata keçirilir. Xəbər dəyərlər saytına istinad edilir.