Yaponiyanın İraqdakı səfiri Fumio İvai Nəcəfi-Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.
İmamali saytı xəbər verir ki, Fumio İvai müqəddəs ziyarətgahın Yaponiya və İraq arasında əlaqələrin möhkəmlənməsi üçün körpü olduğunu bildirib.
Yaponiyanın İraqdakı səfiri İmam Əlinin (ə) hərəminə ziyarəti zamanı hərəmin ictimaiyyətlə əlaqələr idarəsinin rəsmiləri tərəfindən müşayiət olunub. Səfir İmam Əlinin (ə) hərəmini üçüncü dəfədir ziyarət etdiyini və ziyarətdən çox məmnun olduğunu bildirib. Fumio İvai İraq və Yaponiya arasında əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyinə söz verib. Xəbər dəyərlər saytına istinad edilir.