جمعه 10 فروردین 1403

14 August 2023

Latın Amerikasından 67 zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət etdi

Latın Amerikasından 67 zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət etdi


Latın Amerikada yenicə İslam dinini qəbul etmiş 67 zəvvar Məşhəd şəhərinə gələrək, İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət ediblər.

Dəyərlər saytı Asdan News-a istinadən xəbər verir ki, məscidin imamı argentinalı Əbdülkərim bu ziyarətlə bağlı belə danışıb: "Mən indiyə qədər bir neçə dəfə İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət etymişəm. Bununla bərabər həmişə başqa insanları da bu müqəddəs məkanı ziyarət etməyə dəvət edərək, yenicə müsəlman olanların bu müqəddəs məkanın mənəvi atmosferindən faydalanması üçün səy edirəm".

Argentinalı imam açıqlamasının davamında belə qeyd edib: "Başqa dinlərin nümayəndələrindən bir çoxu İslam dini ilə tanış olmaq istəyirlər və bu kontekstdə Qüds Rəzəvi ostanı kimi komplekslərin həmin insanların İslam dini ilə bağlı məlumatlarının artırılması istiqamətində səy göstərməli olduğunu düşünürəm".

Kolumbiyalı iş adamı Monika Dies Məşhəd ziyarəti barədə Asdan News-a belə deyib: "Mən təxminən 4 aydır ki, müsəlman olmuşam və İmam Rzanın (ə) hərəmini ziyarət edərək ilk dəfə olaraq ruhum əmin-amanlığa qovuşdu. Belə ki, gələcək illərdə də bu müqəddəs məkanı ziyarət edərək, buradan özüm və ailəm üçün dəyərli mənəvi hədiyyələr aparmaq istəyirəm".

Monika Dies daha sonra belə danışıb: "Qurani-Kərimi oxuduğum vaxt bu kitabın həqiqi ayələrə malik olduğunu anladım və apardığım araşdırmalar nəticəsində İmam Əli (ə) haqqında çox dəyərli məlumatlar əldə etdim və İmam Əlinin (ə) böyük şəxsiyyəti məni özünə məftun etdi.