جمعه 7 اردیبهشت 1403

14 August 2023

BMT Qərbdə nifrətdən doğan antiislam cinayətlərinin artması barədə xəbərdarlıq etdi

BMT Qərbdə nifrətdən doğan antiislam cinayətlərinin artması barədə xəbərdarlıq etdi


Şəbistan Xəbər Agentliyinin məlumatına görə, BMT baş katibi müsəlmanlara qarşı ayrı-seçkiliyi pisləyib

BMT-nin yeni baş katibi Antonio Quterreş dünən Nyu-Yorkda "Müsəlmanlara Qarşı Ayrı-Seçkilik və Nifrətyayma ilə Mübarizə" adı altında keçirilən iclasın iştirakçılarına xitabən etdiyi video-müraciətdə bildirib ki, müsəlmanlarla təəssüblü rəftarlar nigaranedicidir.

Antonio Quterreş əlavə edib: Gündəlik surətdə təəssüblü rəftarların yayılması qurbanlara səbəb olur və bu rəftarlar insanların şəni və izzətinin tədricən aradan götürülməsinə gətirib çıxarıbdır.

Antonio Quterreş söyləyib: Dünyanın hər bir guşəsində olan insanlar belə bir duyğu ilə yaşamalıdırlar ki, böyük insan cəmiyyətinə aid olmaqdan əlavə, hər bir qövm və tayfanın mədəni mahiyyətinə hörmət və dəyərlə yanaşsınlar.

Asiyanın qərbindən Avropaya mühacirlərin daxil olmaları və yaşıl qitədə terror hərəkətlərinin artması bəhanəsilə bütün Avropada müsəlmanların əleyhinə hərəkətlər formalaşıbdır. Avropadakı ifratçılar müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti yeridirlər.