پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Kilsədə Quran oxunmasını təşfiq edən rahibi təhqir edənlәr barədə istintaq başlandı

Kilsədə Quran oxunmasını təşfiq edən rahibi təhqir edənlәr barədə istintaq başlandı


Keçən həftəki kilsə proqramına Quran oxunmasının daxil edilməsi səbəbilə Qlazqo kilsəsinin rahibinə qarşı təhqirlərin edilməsi barədə Şotlandiya polisi istintaqa başlayıb.

Qlazqodakı Müqәddәs Mәryәm kilsəsinin rahibi keçən həftə kilsə mərasiminin bir hissəsində Quranın oxunması üçün müsəlman bir gənci dəvət etmişdi. Bu addım müsəlmanlarla xristianlar arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə atılmışdır. Amma bəzi xristianlar müsəlmanların İsa Məsihə (ə) ilahi bir peyğəmbər kimi hörmət etdiklərini və onu Allahın oğlu kimi qəbul etmədiklərini bildirərək, müsəlmanların müqəddəs kitabının kilsədə oxunmamalı olduğunu iddia etmişdi. Bunun nəticəsində sosial şəbəkədə bəzi insanlar Müqәddәs Mәryәm kilsəsinin rahibini bu addımına görə təhqir etmişdir.

Kilsə polislə əlaqə saxlayaraq, onları bu təhqir mesajları barədə xəbərdar etmişdir. Şotlandiya polisi bu problemi həll etmək üçün istintaqa başladığını açıqlayıb. "Polis heç vaxt dini və irqi nifrət cinayətini diqqətsiz buraxmaz. Cəmiyyətin bütün üzvlərini birlikdə fəaliyyətlərini davam etmələri üçün təşviq edir. Bununla da heç kim özünü hədələnmiş və təcrid olunmuş hiss etməz", - deyə Şotlandiya polisinin sözçüsü bildirib.

Müqәddәs Mәryәm kilsəsinin rəhbəri Kelvin Haldurzvers kilsədə Quran oxunmasına dəstək vermələrinin İslam və xristian dini ardıcıllarının bir-birlərini tanımaları məqsədi ilə edildiyini qeyd edib. Bu xəbər dəyərlər saytına istinad edilir.