شنبه 1 اردیبهشت 1403

14 August 2023

Almaniyalı xanım Məşhəddə İslam dinini qəbul etdi

Almaniyalı xanım Məşhəddə İslam dinini qəbul etdi


Almaniyalı bir xanım İranın Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmində kəlimeyi şəhadəti deyərək, İslam dinini qəbul edib.

Dəyərlər saytı Asdan News-a istinadən xəbər verir ki, almaniyalı Nadia müsəlman həyat yoldaşı ilə tanış olmasından sonra, İslama marağının artdığını və müsəlman olmağa qərar verdiyini deyib.

"Mən universitetdə sosial xidmətlər fakültəsinin tələbəsi idim və orada iranlı ailələrin həyat tərzi və ənənələri ilə tanış olmağım, İslam dininə marağın artmasına səbəb oldu. Mən ilk dəfədir ki, İmam Rzanın (ə) ziyarətgahına təşrif gətirmişəm və burada özümü çox xoşbəxt və rahat hiss edirəm. Bu dəyərli hissi buradan özümlə bərabər aparmağa çalışacam", - deyə Nadia bildirib.

Yeni müsəlman olmuş alman xanım sözlərini belə davam edib: "İslam dini çox gözəl və dəyərli bir dindir və mən həqiqi bir müsəlman olmaq məqsədilə İslam dininin məzmunu və bir çox anlayışını dərk etməyə çalışıram. Mənim müsəlmanlar üçün həmişə etdiyim duam, Allahın onların həyatına daim əmin-amanlıq və sülh bəxş etməsidir".

Qüds Rəzəvi ostanının xarici zəvvarlarla işləri idarəsi tərəfindən alman xanıma İslam dinini qəbul etməsi münasibətilə hədiyyələr təqdim edilib.