جمعه 10 فروردین 1403

14 August 2023

Avstraliyalı müsəlman tələbələr evsiz insanlara yardım paketləri payladı

Avstraliyalı müsəlman tələbələr evsiz insanlara yardım paketləri payladı


Avstraliyanın Melburn şəhərində universitetin müsəlman tələbələri evsiz insanlara yardım paketləri paylayıblar.

Dəyərlər saytı xəbər verir ki, "Happy Brain Education" adlı qeyri-hökumət təşkilatına mənsub universitet tələbələri, liseyin sonuncu kurs tələbələrinə keçdikləri dərslərdən əldə etdikləri pullarla küçələrdə qalanlara yardım paketləri hazırlayıblar.

QHT-nin qurucularından Masad Alfəyaz Anadolu-ya açıqlamasında, yardım paketlərində evsiz insanların əsas ehtiyaclarını nəzərə alaraq hazırladıqlarını deyib.

Evsiz insanlara qarşı yardım kampaniyasını genişləndirmək istədiklərini deyən Alfəyaz belə danışıb: "Təəssüf ki, şəhərimizdəki evsizlərin sayı çoxdur və gənclər kimi bizim vəzifəmiz onlara yardım etməkdir. On minlərlə evsiz insan var və bu çox dəhşətli bir rəqəmdir".

Rəsmi məlumatlara görə, ölkədə 105237 evsiz insan var. İnsanların əksəriyyəti ailə daxili zorakılıq, ev kreditlərini ödəyə bilməmə kimi, səbəblərlə küçədə yaşamağa məcbur qalıblar.