Ramazan ayının gəlişi münasibətilə Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) pak hərəminin qızılı günbəzinin yuyulması mərasimi keçirilib.
İmamali saytına istinadən maidə saytı xəbər verir ki, İmam Əlinin (ə) pak hərəminin qızılı günbəzinin bu il Həzrət Rəsulallahın (ə) mövludu münasibətilə açılışı olmuşdur.
İmam Əlinin (ə) hərəminin günbəzi üst-üstə 76 çevrədən ibarət olmaqla 50 müxtəlif ölçülü qızılı plitələrlə örtülüb. Günbəzin üzərinə Nadir şahın hədiyyə etdiyi qızılı tac da yerləşdirilmişdir. 14 şüa saçmış Günəş rəmzli hazırlanan qızılı tac Əhli-həyətdən (ə) 14 məsumu (ə) əks etdirir.