جمعه 31 فروردین 1403

14 August 2023

Kanadanın Yukon şəhərində ilk məscid inşa olunacaq

Kanadanın Yukon şəhərində ilk məscid inşa olunacaq


Kanadanın Yukon Müsəlman Cəmiyyəti şəhərdə ilk məscidin inşa edilməsi üçün müraciət edib.

Dəyərlər saytı xarici mətbuata istinadən xəbər verir ki, Yukon şəhərində, təxminən 40 müsəlman ailə yaşayır. Cümə namazı qılmaq və dini ayinlərini yerinə yetirmək üçün məscidləri yoxdur.

Yukon Müsəlman Cəmiyyəti ilk məscidin inşası üçün, təxminən 490 min dollar xərclənəcəyini bildirib və qarşıdakı 2-3 il ərzində məscid binasını inşa e dəcəklərini qeyd edib. Yukon Müsəlman Cəmiyyəti bu məbləği toplamaq üçün müsəlmanlardan və xeyriyyə təşkilatlarından yardım istəyəcəklərini deyib.

Bu arada, Kanadanın Monitoba şəhərində yerləşən Zübeydə Taleb İslam Xeyriyyə İnstitutu bu məbləğin üçdə ikisini təmin etməyə söz verib. Hazırda Yukon Müsəlman Cəmiyyətinin saytında bununla bağlı kampaniya başladılıb və 16 min dollar toplanıb.

Yukon müsəlmanlarından biri olan Məhəmməd Cavid məscid layihəsilə bağlı belə danışıb: "16 il əvvəl Pakistandan bura gələndə təkcə üç müsəlman ailə burada yaşayırdı və biz cümə namazı qılmaq üçün öz evlərimizi istifadə edirdik. Bu gün təxminən 40 ailə Yukonda yaşayır. Cümə namazı qılınması və İslam bayramların qeyd edilməsi üçün Uaythors şəhər kilsəsini istifadə edirik. Amma müsəlmanların artan sayı ilə birlikdə bir məscidin inşa edilməsi zərurətdir".