ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb


Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb

Dünyada ipəkdən olan ilk "Qurani-Kərim"i azərbaycanlı rəssam Tünzalə Məmmədzadə hazırlayıb. Hazırda Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb.

"Quran-i Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm-dir. Kitabın hazırlanmasında 50 metr parça, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub. Sputnik TRT-yə istinadən xəbər verir ki, rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib: "Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Mərmərə Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm".

Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb

"Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Daha əvvəllər ipəkdən "Qurani-Kərim" hazırlanmadığını öyrəndim. Bu günə qədər müxtəlif materiallar üzərində "Quran" yazılıb. Mən də səhifələrinin hamısı ipəkdən ibarət olan ilk Qurani-Kərimi hazırladım. Çünki ipək "Quran"da adı keçən bir parçadır. 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da "Qurani-Kərim" oldu". Xəbəri faktxəbərə istinad edirik.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات