ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


İstambulun "Zeynəbiyyə" bölgəsində Ərbəin mərasimi keçirilib


İstambulun "Zeynəbiyyə" bölgəsində Ərbəin mərasimi keçirilib

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İstambuldan verdiyi xəbərə görə, İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi minlərlə türkiyəli İmam Hüseyn (ə) əzadarının iştirakı ilə dünən, 20 noyabr 2016- cı il, İstambulun "Zeynəbiyyə" bölgəsində "Yəhya Kamal" toplantı salonunda keçirildi. 

Mərasimdə Səlahiddin Özgündüz (türkiyəli şiələrin tanınmış ruhanisi və İstambul Zeynəbiyyə məscdinin camaat imamı), Bəxtiyar Əsədzadə (İran İslam Respublikasının İstambuldakı baş konsulu), Əbdür-Riza Raşid (İran İslam Respublikasının İstambuldakı konsulluğunun mədəniyyət işləri idarəsinin rəsmisi), Təməl Karadəniz (İstambulun Kiçikçəkmə bölgəsinin böyükşəhər bələdiyyə başçısı), Harun Kaya (İstambulun Kiçikçəkmə bölgəsinin böyükşəhər bələdiyyə başçısı müavini və millət vəkili), Şeyx Həsən Karabulut (Türkiyənin Cəfəri (ə) Alimlər Birliyinin rəisi), Hacı Şahin Həsənli (Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, şiə məzhəbinin tanınmış ruhanisi və Bakı şəhər Məşhədi Dadaş məscidinin axundu və camaat imamı) və minlərlə Əhl-Beyt (ə) aşiqləri və İmam Hüseyn (ə) əzadarları iştirak edirdilər.

Neçə min nəfərlik "Yəhya Kamal" toplantı salonu hər ildə olduğu kimi bu il də əzadarlar ilə dolmuşdu. Türkiyənin hər yerindən Əhl-Beyt (ə) aşiqləri bura toplaşmışdılar.

Mərasim türkiyəli Quran qarilərindən birinin tilavəti ilə başladı. İlk çıxışı isə Şeyx Həsən Karabulut (Türkiyənin Cəfəri (ə) Alimlər Birliyinin rəisi) başladı, İmam Hüseynin (ə) əzadarlığı, Aşura, Ərbəin və Həzrət Zeynəbin (ə) Aşuranın təbliğçisi olması, Ərbəin gününədək təbliğ edərək insanları qəflət yuxusundan oyatması, insanlara Aşura qiyamının fəlsəfə və hədəflərini açıqlaması barədə danışdı və mübarək Şura surəsnin təfsirinə işarə edərək dedi: Allah- Taala Əhl-Beyti (ə) müsəlmanlar üçün nemət olaraq göndərmişdir və biz müsəlmanlar bu nemətin qədrini bilməli və şükürünü etməliyik.

O əlavə etdi: İslamı tanımaq istəyənlər Əhl-Beyti (ə) və Kərbəla şəhidi İmam Hüseyni (ə) tanımalıdırlar. Həqiqi İslamı təkcə İmam Hüseyni (ə) tanımaqla tanımaq olar.

Bundan sonra isə Təməl Karadəniz (İstambulun Kiçikçəkmə bölgəsinin böyükşəhər bələdiyyə başçısı) çıxış edərək dedi: Ümid edirik ki, bizim burada keçirdiyimiz mərasimi Allah-Taala Kərbəlya piyada gedənlərin mərasimi dərəcəsində qəbul etsin. Biz burda olsaq da ürəklərimiz Kərbəladadır. Bu mərasimə qatılmağımız da yalnız Əhl-Beyti (ə) sevdiyimiz üçündür. Əhl-Beyt (ə) Quran və Peyğəmbərin (s) aşiqidirlər. Peyğəmbər (s) də Quran və Əhl-Beyti (ə) bizim üçün isr qoyub getdilər. Və biz müsəlmanlardan istədilər ki, Quran və Əhl-Beytin (ə) ardıcılı olaq ki, Əhl-Beyti (ə) sevmək "iman"ın özüdür.

Bundan sonra mərasimdə Hacı Şahin Həsənli çıxış edərək Ərbəin mərasiminin yeni bir mədəniyyət olduğunu qeyd etdi və insanların həqiqi İslamı dərk etməsi üçün Həzrət Peyğəmbərin (s)

 ان الحسین مصباح الهدی و سفینه النجاة 

"Həqiqətən Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir" hədisinə işarə edərək haqqı tapmaq üçün İmam Hüseyni (ə) tanımağın zəruri olduğunu vurğuladı.

Daha sonra isə Səlahiddin Özgündüz (türkiyəli şiələrin tanınmış ruhanisi və İstambul Zeynəbiyyə məscdinin camaat imamı) çıxış etdi və iranlı məddah Seyid Məhəmməd Amuli mərsiyə və növhələr oxudu.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: İstambulun "Zeynəbiyyə" bölgəsində Ərbəin mərasimi keçirilib

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات