ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri Ərbəin ziyarətindədirlər


Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri Ərbəin ziyarətindədirlər

Həzrət İmam Hüseynin (ə) Ərbəin ziyarətinin başlaması münasibətilə Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri ziyarət səfərinə yola düşüblər. Mənəvi inkiafın elmi inkişafla birgə olmasına diqqət çəkən tələbələr, bu eşq səfərinin bundan sonra daha da onların pak və saleh əməllərlə vətən, insanlıq, mənəvi dəyərlər və cəmiyyət qarşısında məsuliyyətli olmalarına təkan verəcəyini vurğulayıblar. Onlar İmam Hüseyn (ə) eşqinin əmin-amanlıq, dostluq, qardaşlıq, qayğıkeşlik, məsuliyyət, şəfqət, sülh, vəhdət və birlik, həmrəylik və sair kimi ali duyğularla zəngin olmasına işarə edərək, dünyaya səadət dolu həyat və mənəvi ucalıq bəxş edə biləcəyini söyləmişlər. Allah ziyarətlərinizi qəbul etsin!

Universitet haqda məlumat:  

Bir düymə ilə virtual aləmdə təhsil alın!

Əl-Mustafa Beynəlxalq Virtual Universiteti

On ildən çox uğurlu təcrübəyə sahib olan bu universitet, mütəxəssis ustadlar-elmi kardlarla islam elmləri və maarifi üzrə virtual təlim-tərbiyə sistemində dünyanın bir çox dillərində, müxtəlif təhsil səviyyələrində, o cümlədən; ilkin bakalavr, bakalavr, magistr pillələrində, bundan əlavə, həmçinin qısa müddətli kurslarla, zaman, coğrafi məkan, cinsiyyət, məzhəb məhdudiyyəti olmadan, sizin elmi-mədəni ehtiyaclarınıza cavab verməyə hazırdır.

Qeydiyyat, qəbul və təhsil mərhələlərinin virtual şəkildə baş tutması ilə, zaman-məkan məhdudiyyəti olmadan multimedia formasında olan zəngin elmi dərslərdən faydalanmaq imkanı əldə edəcəksiniz.

 

Fakültələr

İlkin bakalavr: İslam maarifi

Magistr: İslam araşdırmaları

(Qəbul imtahansızdır. İlkin bakalavr pilləsi üçün atestat, magistr pilləsi üçün universitet diplomunun olması zəruridir.)

 

Əlaqə

Sayt: mas.aou.ir\az

Telefon-whatsap: 0098 901 525 95 41

Email (elektron poçt): oumiuacir@inbox.ru

 

İmtiyzlar

Mötəbər elmi mənbələrin virtual versiyasına sahib olmaq

Müasir virtual təhsil texnologiyalarından bəhrələnmək

Dərslərin dünyanın məşhur dillərində təqdim edilməsi

Mütəxəssis alimlərin elmi müşavirəsindən bəhrələnmək

Mötəbər Beynəlxalq Diplomun təqdim edilməsi

 

Onlayn elmi hövzə

Qum və Nəcəf elmi hövzəsinin və müsəlman dünyasının bir çox elm mərkəzlərinin dərsləri, dini dərs həvəskarları üçün qısa müddətli və modular formada təqdim edilir.

 

Mötəbər sertifikat təqdim etməklə, qısa müddətli müxtəlif elmi-praktiki kurslar təşkil edilir.

Təhsil aldığınız ixtisas üzrə, uzun müddətli dərs sistemindən əlavə, siz  maraq dairənizə və imkanınıza uyğun olaraq, qısa müddətli müxtəlif elmi-praktiki kurslarda da iştirak edərək, elmi bacarıq və məharətinizi artıra bilərsinız. Bu qısa müddətli kursların sonunda mötəbər sertifikat təqdim edilir.

 

Mədəni-maarif xidmətləri

Ustadlar və tələbələr arasında elmi müzakirə formları, Qurani-kərim virtual şəhəri, Fars dili və ədəbiyyatı virtual şəhəri, Radiointernet, Virtual məscid, müxtəlif sahələrdə müsabiqələr, mədəni iclaslar, Quran-hədis seminarlarının təşkili, həmçinin onlarla fərqli proqramlar virtual şəkildə təqdim edilir.

 

Elmi-tədqiqat xidmətləri

Elektron kitabxana, elmi mənbə mərkəzləri, xüsusi elmi jurnallar, elmi-tədqiqat vebinar və konfransları, elmi inkişaf kursları, tədqiqat-tərcümə təcrübələrinin inkişafı kursları və başqa fəaliyyətlər virtual şəkildə təqdim edilir.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri Ərbəin ziyarətindədirlər

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات