ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Bəzi Ərbəin zəvvarları Kərbəlaya dəniz yolu ilə də gedirlər


Bəzi Ərbəin zəvvarları Kərbəlaya dəniz yolu ilə də gedirlər

İranın Xuzistan vilayətində yerləşən Xurrəmşəhrin icra hakimi Ərbəin zəvvarlarının quru yol ilə yanaşı, artıq dəniz yoluyla da İraqın Bəsrə şəhərinə getməyə üstünlük verdiklərini deyib.

Deyerlerorg Parstoday-a istinadən xəbər verir ki, Xurrəmşəhrin icra hakimi Vəliyullah Həyati Tehran-Xurrəmşəhr-Bəsra və Kərbəla istiqamətində qatar səfərlərinin yaradılmasıyla artıq İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının mühüm bir hissəsinin qatar və gəmiylə İrana getməyə üstünlük verdiyini deyib. O, zəvvarların Bəsrədən yenidən qatara minərək, Kərbəlaya getdiklərini bildirib.

 O, hər gün Tehrandan Xurrəmşəhrə Kərbəla üçün bir qatarın hərəkət etdiyini deyib. Həyati həmin qatarın Şələmçəyə qədər getdiyini və orada sərnişinlər qatardan enərək 35 kilometrlik bir məsafəni gəmidən istifadə edib, Bəsrəyə keçdiklərini və yenidən Bəsrədən qatarla Kərbəlaya getdiklərini bildirib. O, hər gün, təxminən 20-30 min nəfərin Xurrəmşəhrdən müqəddəs torpaqlara getdiyini vurğulayıb. Ərbəin ziyarəti üçün ümumilikdə Xurrəmşəhrdən bir milyon insanın Kərbəlaya gedəcəyi ehtimal olunur.


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Bəzi Ərbəin zəvvarları Kərbəlaya dəniz yolu ilə də gedirlər

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات