ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


İraqın Daxili İşlər Nazirliyi: "Ərbəin münasibətilə 1.5 milyon əcnəbi zəvvar İraqa daxil oldu"


İraqın Daxili İşlər Nazirliyi: "Ərbəin münasibətilə 1.5 milyon əcnəbi zəvvar İraqa daxil oldu"

İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Maan noyabrın 11-nə qədər Ərbəin mərasimində iştirak etmək üçün 1.5 milyon əcnəbi zəvvarın İraqa daxil olduğunu bildirib.

Deyerlerorg Al-Sumaria News-a istinadən xəbər verir ki, İraqın Daxili İşlər Nazirliyinin sözçüsü bu zəvvarların İraqın dörd quru sərhədi ilə yanaşı, Nəcəf və Bəsrə hava məkanları yoluyla da İraqa daxil olduqlarını bildirib.

Digər tərəfdən, İraqın Nəqliyyat Nazirliyi də sərhəd məntəqələrindən İraqa daxil olan zəvvarların müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə köçürülməsi üçün lazım olan tədbirləri həyata keçirməyə davam edir.

Bu arada İraqın Mərkəzi Fərat Əməliyyatı Qərargahının komandiri Ərbəin mərasimlərinin keçiriləcəyi dövr ərzində lazımlı təhlükəsizliyin təmin olunması məqsədilə 30 mindən artıq təhlükəsizlik qüvvəsinin göndərildiyini bildirib.

Kərbəla vilayətinin rəhbəri Əqil Omran Ət-Torəyhi isə Kərbəla şəhərinin rəhbərliyinin və xalqının İmam Hüseynin (ə) zəvvarları qarşılamaq və yerləşdirmək üçün hazırlıqları başa vurduqlarını açıqlayıb.

 

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: İraqın Daxili İşlər Nazirliyi: "Ərbəin münasibətilə 1.5 milyon əcnəbi zəvvar İraqa daxil oldu"

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات