ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Bağdadda Ərbəin münasibətilə təhlükəsizlik tədbirləri gücləndirildi


Bağdadda Ərbəin münasibətilə təhlükəsizlik tədbirləri gücləndirildi

İraqın paytaxtı Bağdadda həzrəti İmam Hüseyn (ə) və 72 yavərinin Kərbəlada şəhid edilməsinin 40-cı günü Ərbəin münasibətilə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

Deyerlerorg xarici mətbuata istinadən xəbər verir ki, Bağdad Əməliyyatları Komandanlığının sözçüsü Səəd Maan təşkil etdiyi mətbuat konfransında bu barədə danışıb: "Ərbəin ziyarətiylə əlaqədar insanların terror hücumlarına məruz qalmaması üçün təhlükəsizlik və kəşfiyyat idarələriylə hərəkətlərimizi koordinasiya edirik".

Maan Bağdaddan tədbirlərin keçiriləcəyi Kərbəla şəhərinə qədər təhlükəsizliyin təmin olunmasının təhlükəsizlik qüvvələrinin üzərində böyük bir məsuliyyət olduğunu bildirib.

İraqın təhlükəsizlik qüvvələri Bağdad-Kərbəla magistral yolunda Ərbəin münasibətilə keçirilən tədbirlər səbəbilə təhlükəsizlik tədbirlərini gücləndirib.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Bağdadda Ərbəin münasibətilə təhlükəsizlik tədbirləri gücləndirildi

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات