ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Ərbəinə görə Astara sərhəd-buraxılış məntəqəsinin iş saatı uzadıla bilər


Ərbəinə görə Astara sərhəd-buraxılış məntəqəsinin iş saatı uzadıla bilər

"Ərbəin ziyarəti yaxınlaşır və çox sayda azərbaycanlı zəvvarların bu ziyarətə gedəcəyini nəzərə alaraq Azərbaycan Gömrüyü və digər əlaqədar qurumların əməkdaşlığı ilə Ərbəin zəvvarlarına daha yaxşı xidmət məqsədi ilə Astara Sərhəd-Buraxılış Məntəqəsinin iş saatını uzada bilərik". Bunu İranın Astara Gömrük İdarəsinin  baş direktoru  Rəsul Ümidi deyib. 

İRNA agentliyinə istinadən xəbər verilir ki, R. Ümidi deyib ki, Astara (İran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib.  “Buraxılış məntəqəsinin iş saatının artırılması azərbaycanlı zəvvarların gediş-gəlişini asanlaşdıracaq. Digər aidiyyatı qurumlar və Azərbaycan tərəfi də razı olarsa bunu etmək mümkündür”.

 Ərbəinə gedən azərbaycanlı zəvvarlar üçün 3 keçid qapısı təyin edilib.

Ərdəbil əyalətinin yol və nəqliyat idarəsinin rəhbəri Əli Rəhməti jurnalistlərə deyib ki, Ərbəinə gedən azərbaycanlı zəvvarlar üçün keçid qapısı müəyyənləşdirildi. “İrandan İraqa keçmək üçün Ərbəin ziyarətinə gedən zəvvarlar üçün 3 keçid məntəqəsi müəyyənləşdirilib. Bu dəfə azərbaycanlı zəvvarlar İran-İraq sərhəddində yerləşən Mehran, Çəzzabə və Şələmçə keçid məntəqələrindən keçə biləcəklər. 

Onun sözlərinə görə, bu addımın atılmasına səbəb isə nizam-intizamın artırılmasıdır. Diqqət etmək lazımdır ki xarici vətəndaşlar yalnız Şələmçə sərhəd-keçid məntəqəsindən İran vasitəsilə İraqa keçə bilərlər.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Ərbəinə görə Astara sərhəd-buraxılış məntəqəsinin iş saatı uzadıla bilər

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات