ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


FİFA 90 minlik arenanı Hüseyniyyəyə çevirən İran Futbol Federasiyasına cərimə kəsdi


FİFA 90 minlik arenanı Hüseyniyyəyə çevirən İran Futbol Federasiyasına cərimə kəsdi

FİFA 2018 Dünya Kubokunun seçmə oyunları çərçivəsində, İran və Cənubi Koreya futbol komandalarının qarşılaşması zamanı 90 minlik arenada azarkeşlərin qara köynək geyinib əzadarlıq etməsi, İslami şüarlar səsləndirməsinə görə, İran Futbol Federasiyasını 45 min İsveçrə frankı ilə cəzalandırıb.

Deyerlerorg xarici mətbuata istinadən xəbər verir ki, FİFA İranı belə bir hərəkəti bir daha təkrarlanmaması barədə xəbərdarlıq da edib.

Xatırladaq ki, İran rəsmilərinin İran və Cənubi Koreya milli komandalarının Aşura gecəsinə təsadüf etdiyi üçün oyunun vaxtının dəyişdirilməsilə bağlı FİFA-ya müraciət etmişdir. FİFA-nın səudiyyəli bölgə rəsmisi isə bu müraciəti qəbul etməmişdi. Bu səbəblə İranın qeyri-hökumət təşkilatları hərəkətə keçərək, dünyanın ən böyük stadionlarından olan 90 min tamaşaçı tutumuna malik Azadi stadionunu möhtəşəm bir hüseyniyyəyə çevirməyi qərara almışdı.

FİFA bundan başqa azərkeşlərin hərəkətlərinə görə Xorvatiyaya 50 min, Kosovoya 30 min və Ukraynaya 15 min, Albaniyaya 50 min, Braziliyaya 25 min, Estoniya və Paraqvayın hər birinə 20 min, Çili və Argentinaya da 15 min İsveçrə frankı məbləğində pul cəzası tətbiq edib.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: FİFA 90 minlik arenanı Hüseyniyyəyə çevirən İran Futbol Federasiyasına cərimə kəsdi

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات