ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Bu gün Səfər ayının birinci günüdür


Bu gün Səfər ayının birinci günüdür

Səfər ayı islam tarixində mühüm hadisələrlə yadda qalıb. Elə səfər ayının ilk günlərində İmam Hüseynin (ə) ailəsi əsir edildikdən sonra Şama - zalım Yezidin hüzuruna gətirilib və onlara mənəvi və fiziki işgəncələr verilib. İmam Hüseynin (ə) 3 yaşlı qızının şəhid edilməsi də bu günlərə təsadüf edir.

Səfər ayının birinci günündə islam dünyasında ilk daxili müharibələrdən olan Siffeyn döyüşü baş verib. Bu ayın yeddisində isə İmam Zeynəlabidin (ə) şəhid edilib. Elə həmin gündə yeddinci İmam Museyi-Kazim (ə) dünyaya göz açıb. Səfərin 20-də isə müsəlmanlar həmişə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin ölümünün qırxıncı günü (Ərbəin) kimi matəm saxlayırlar. Ayın 28-də isə Həzrət Məhəmməd peyğəmbər (s) 63 yaşında vəfat edib. Həmin ayın 28-də İmam Həsən də (ə) şəhid edilib. Səfər ayının sonunda isə İmam Rza (ə) şəhid edilib.

Səfər ayının bu şəkildə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəql edilən tarixi faktlara görə, ərəblər cahiliyyət dövründə 4 ayda - zil-hiccə, zil-qədə, rəcəb və məhərrəm aylarında döyüşlərə fasilə verərdilər. Amma məhərrəm ayı bitdikdən sonra onlar azad olmuş və özlərini boşalmış kimi hiss etdiklərinə görə sözügedən ayı səfər, yəni “sıfır” adlandırırdılar.

Cahiliyyət dövrü ərəblərinin fikirlərinin tam əksinə olaraq Həzrət Peyğəmbər (s) bu ayda daha çox sədəqə, yəni yoxsullara əl tutmağı tövsiyə edirdi. Həzrəti peyğəmbər buyurur: “Bu ayda sən qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir. Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır.”

Səfər ayında bu duanı on dəfə oxumaq tövsiyə edilib:

 

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ

“Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya mun`imu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil mu`­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit-təy­yibinət-tahirin”.

Səfər ayının üçüncü gününün əməlləri

Seyid ibn Tavus “Əshabunəl-imamiyyə” kitabından belə nəql edir: “Səfər ayının üçüncü günü iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, namazın birinci rükətində “Həmd” surəsindən sonra “Fəth” surəsi, ikinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi, namazın salamından sonra isə yüz dəfə salavat və yüz dəfə “Əllahumməl`ən alə Əbi Sufyan.” (Allah Əbu Süfyanın övladlarına lənət etsin!) – demək, ondan sonra da yüz dəfə tövbə edib, Allahdan hacət diləmək göstəriş verilir.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Bu gün Səfər ayının birinci günüdür

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات