ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu


Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu

Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görəa, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” haqqında geniş çıxış edib.

O, İslamın ali şəhidi Həzrət İmam Hüseynin (ə) və onun şəhadət dostlarının Azərbaycan şəhidlik məktəbinin formalaşmasında misilsiz xidmətləri olduğunu bildirib.

Birliyin sədri qəhrəman Qarabağ şəhidlərinin vətən adına mübarək savaşda qazandıqları zəfərdə Kərbəla hadisəsinin ayrıca müsbət təsirlərinin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. «Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli tədbirin əhəmiyyətindən danışaraq deyib: «Əhli Beyt irsinin Azərbaycanda milli mənəvi dəyərlərin, eləcə də dövlətçiliyin qorunmasında və mühafizə olunmasında əhəmiyyəti olduqca böyükdür. Hesab edirəm ki, milli kimliyimizin formalaşmasında, milli vətənpərvərlik hisslərimizin oyanışında Kərbəla faciəsinin, Həzrət İmam Hüseyn (ə) qiyamının ayrıca rolu var.Qarabağ boyda milli faciəsi olan Azərbaycan müsəlmanlarının bu gün dərs ala biləcəyi məktəb məhz elə Kərbəla hadisəsidir.»

Tədbirdə ziyalı xanımlar, tələbə gənclər iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidlərinin adına ehsan süfrəsi təşkil olunub.

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات