ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Ərbəin ziyarəti YUNESKO-da mədəni irs kimi qeydiyyata alınacaq


Ərbəin ziyarəti YUNESKO-da mədəni irs kimi qeydiyyata alınacaq

İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzi Ərbəin Ziyarətini YUNESKO-da mədəni irs kimi qeydiyyata almağı planlaşdırır. 

Maidəaza görə, Kərbəla  Araşdırmalar Mərkəzinin sədri Əbdül-Əmir Əl-Qorəşi  deyib ki, biz çalışırıq ki, Ərbəin ziyarətini İraqın mədəni irsindən bir parça kimi YUNESKO-da  qeydiyyata alaq.  “Bu mərkəz Avropa, Asiya, İran və Almaniya Universiteti ilə bu sahədə geniş kordinasiyalı müzakirələr  aparmışıq.  İstəmişik ki, Ərbəin ziyarətinin  bütün cəhətlərdən o cümldən xidmətləri, tibbi, ictimai,  iqtisadi və inanc baxımından  araşdırılsın, həmçinin zəvvarların qarşısında olan problemlərin həll edilməsi və  insani dəyərlərin gücləndirilməsinin araşdırılmasını istəmişik”. 

Ə. Ə. Əl-Qorəşi  deyib ki,  Məhərrəm və Səfər aylarında  Aşura  və Ərbəin ziyarətində milyonlarla müsəlmanın  iştirakına hazırlıq işləri görülür. 

Ə. Ə. Əl-Qorəşi həmçinin əlavə edib ki, İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyası hazırlanır. “Dünyanın müxtəlif bölgələrindən qələm əhli, araşdırmaçılar və yazıçıların və beynəlxalq araşdırmalar mərkəzinin yardımından bu ensiklopediyanın hazırlanmasında istifadə olunacaq. Bu ensiklopediyada  dinindən asılı olmayaraq əhalinin müxtəlif təbəqələrinin İmam Hüseyn (ə) Ərbəin ziyarəti mərasiminin təşkilindəki çalışmaları, Ərbəin ziyarətinin uğur qazanması üçün edilən siyasi çalışmalar, bu əzəmətli dini mərasimdə qadınların yeri və rolu, yazıçıların və cəmiyyətin ziyalı təbəqəsininin Ərbəin ziyarətindəki rolu haqqında yazılacaq”. 

O əlavə edib ki, ensiklopediyada həmçinin  Ərbəin ziyarətinin mədəni, ictimai və fikri təsirləri araşdırılacaq. 

 

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Ərbəin ziyarəti İmam Hüseyn Kərbəla YUNESKO

مطالب مشابه


نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات