ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Qədir-Xum bayramı münasibətilə Dr. Tofiq Əsədovun Almaniyanın Köln Cümə Məscidində çıxışı


Qədir-Xum bayramı münasibətilə Dr. Tofiq Əsədovun Almaniyanın Köln Cümə Məscidində çıxışı

Əl-Mustafa Beynəlxalq Universitetinin elmi heyətinin əsas üzvü, dəyərli alim Professor Dr. Tofiq Əsədovun Almaniyanın Köln Cümə Məscidində çıxışı

Almaniyanın Köln Cümə Məscidində Qədir-Xum bayramı münasibətilə möhtəşəm mərasim keçirilmişdir. İlk öncə məscidin tanınmış ruhanisi Höccətül-islam Seyid Mirbaqir Qədir-Xum bayramını İslam dünyasında əsaslı və köklü hadisələrdən sayaraq, bu münsibətlə hər kəsi təbrik etmişdir.

 Ardınca geniş izdihamlı mərasimdə Əl-Mustafa Beynəlxalq Universitetinin elmi heyətinin əsas üzvü, dəyərli alim Professor Dr. Tofiq Əsədov çıxış etmişdir. Ustadın çıxışı böyük maraq doğurmuş və geniş dinləyici kütləsinin hədsiz rəğbətini qazanmışdır.

O, çıxışı zamanı Qədir-Xum bayramının müsəlmanların kamillik, dostluq, qardaşlıq və birlik-bərabərlik bayramı olmasına diqqət çəkmişdir. İmamətin fəlsəfəsindən söhbət açan dəyərli alim, onun ictimai əxlaqımızda, dünyaya baxışımızda və inkişafımızdakı əməli rolunu izah etmişdir. Hörmətli alim söhbət zamanı vurğuladı: “Həzrət Əli (ə) ədaləti, təvazökarlığı, mərhəməti, şəfqəti, dözümü, cəsarəti və eyni zamanda ilahi ixlası ilə həyatımızın hər bir sahəsində bizə ülgü olmalıdır. Öz mənafeyimizi düşünməməyi, mənəvi-insani dəyərləri şəxsi mənafelərimizdən uca tutmağı, dünyaya sülh-qardaşlıq və əmin-amanlıq gətirməyi bizə öyrədən Həzrət Əlinin (ə) sevənləri olaraq, hər kəsə bunu öz ilahi rəftarımızla göstərməliyik.”

Çıxışın sonunda Köln Cümə Məscidinin tanınmış ruhanisi Höccətül-islam Seyid Mirbaqir dəyərli çıxışına görə Dr. Tofiq Əsədova öz təşəkkürünü bildirmiş, dinləyicilər belə elmi-mənəvi söhbətlərin davamlı olmasını xahiş etmişlər. Biz də, öz növbəmizdə cənab Ustada elmi-mənəvi fəaliyyətlərinda yeni-yeni uğurlar arzu edirik.

 

 


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Dr. Tofiq Əsədov Qədir-Xum Köln Almaniya

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات