ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 اخبار


Gürcüstanın müxtəlif bölgələrində Qədir-Xum bayramı qeyd olunub


Gürcüstanın müxtəlif bölgələrində Qədir-Xum bayramı qeyd olunub

Bir neçə gün ərzində, Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və nemətin tamamlandığı gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, bayram süfrələri açılır. Allah belə tədbirlərin təşkil olunmasında zəhmət çəkən hər kəsdən qəbul etsin.

Dini mərasimləri bu ölkənin müxtəlif yerlərində keçirilməsini proqramlaşdıran Gürcüstan Müsəlmanları İdarəsi bu bayramı ötən gün, Qardabaninin Muğanlı, bu gün isə Ağbulaq rayonunu Kosalar kəndində yerli sakinlərin və inanclıların iştirakı ilə qeyd etdi. 
Qurani-Kərimin tilavəti ilə açılan mərasimlərdə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda din xadimlərini məclis iştirakçılarını məlumatlandırdı. Peyğəmbərimizn (s) sifariş və vəsiyyəti müsəlmanlara xatırladıldı. Mərasimlərdə həmçinin, dəyərli ruhani Hacı Qurban Murquzov da öz mənəvi-elmi söhbətləri ilə iştirakçıları İmamət bayramının əhəmiyyəti və fəlsəfəsi haqda məlumatlandırmışdır.


ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها: Gürcüstan, Qədir-Xum

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات