ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış-ikinci hissə

چاپ
İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış-ikinci hissə

İmam Rzanın (ə) təqvası və zahidliyi

Dünyanın bər-bəzəklərinə etinasız qalmaq, onun aldadıcı və zahirdə əzəmətli görünən naz-nemətlərinə aldanmamaq, İmamın (ə) xüsusiyyətlərindən sayılır. Məhəmməd ibn İbad, Həzrət Rzanın (ə) zahidliyi və dünyaya etinasızlığı haqda belə söyləyir: (İmam) Rza yay aylarında həsirin üzərində əyləşirdi. Qış aylarında isə möhkəm yun dəri parçasının üzərində əyləşərdi. Geyimi də yun dəridən olardı. Lakin cəmiyyət içərisinə çıxdığı zaman bəzəkli və möhtəşəm paltar geyinərdi.[1]

Süfyan Suri, İmam Rzanın (ə) görüşünə getdi. Həzrətin (ə) əynində (dəyərli) dəri paltar var idi. Süfyan bu geyimi İmama (ə) layiq bilmədi.

Ona dedi: Bundan daha pis geyinsəydin, çox yaxşı olardı.

İmam (ə) nəzakətlə Süfyanın əlini tutub, yavaşca paltarının altına qoydu. Süfyan anladı ki, İmam (ə) bu dəyərli paltarın altında sadə yun parça geyinmişdir. Ardınca Həzrət (ə) buyurdu: Ey Süfyan, bu dəri paltarı cəmiyyət arasında geyinirəm, yun paltarı isə Allaha xatir geyinirəm.[2]

İmam Rza (ə) vəliəhdlik məqamında olduğu zaman zahirdə qüdrət nümayiş etdirməyi xoşlamırdı. Rəsmi toplantılara qatılmırdı. Cah-calaldan və məqam həvəsindən uzaq idi. Hətta insanların padşahlara və hakimləri (vəzifəsinə, məqamına görə) mədh etməsini tənqid edir, çirkin əməl sayırdı.

 

Qonağa hörmət

 

İmam Rza (ə) daim qonağa hörmət edərdi, ehsan və lütfünü ondan əsirgəməzdi. Özü qonaqlarına qulluq edərdi. Bu hadisə, İmamın (ə) ən ali həddə qonaqpərvər olmasına gözəl nümunədir: "Həzrət Rzanın (ə) hüzuruna bir şəxs qonaq gəldi. Gecə vaxtı qonaqla söhbət etdiyi zaman, çıraq titrəməyə və yanıb-sönməyə başladı. Qonaq ayağa qalxıb, onu düzəltmək istədi. Amma İmam (ə) ondan öncə, cəld hərəkətlə çırağa tərəf gedib, onu sahmana saldı. Sonra üzünü qonağına tutub, buyurdu: Biz qonaqlarımızı işlədən tayfa deyilik."[3]

 

İmam Rza (ə) və qulları azad etmək

Həzrət Rzanın (ə) ən üstün və gözəl əxlaqından biri də, Allah yolunda qulları azad etməsi idi. Kölələri azad etmək və qullara müstəqil həyat bəxş etmək, İmamın (ə) ən çox sevdiyi və üstün bildiyi əməllərdən sayılır. Ravilərin söylədiyinə əsasən, O Həzrət (ə) min qul azad etmişdi.[4]

 

İmam Rza (ə) və qullara xeyirxahlıq etmək

Qullar və kölələr də, başqa insanlar kimi İmamın (ə) sonsuz ehsanından, lütf və mərhəmətindən bəhrələnirdilər. Abdullah ibn Səlt Bəlxli bir kişidən rəvayət edir: İmam Rza (ə) ilə birlikdə Xorasana səfər edirdim. Bir gün (süfrə açılıb,) yemək gətirilməsini istədi. Hər bir irqdən, millətdən olan qulamlarını (bu süfrənin ətrafına) yığdı. O Həzrətə (ə) dedim: Sənə qurban olum, onları ayrı süfrədə əyləşdirsəydin daha yaxşı olardı.

İmam Rzanın (ə) mənim bu sözümdən xoşu gəlmədi. Buyurdu: Sakit ol! Bizim Allahımız birdir. Anamız birdir. Atamız birdir. Hər kəs öz əməlinin əsiridir və öz əməlinə görə mükafat alacaq.[5]

Əlbəttə, bu xüsusiyyət təkcə Həzrət Rzaya (ə) məxsus deyildi. Əsl həqiqətdə, məsum imamların (ə) hamısı belə rəftar edirdilər. Onlar irqçiliyə, millətçiliyə və tayfapərəstliyə qarşı daim mübarizə aparır, belə yersiz təəssübləri cəmiyyətdən silib təmizləmək istəyirdilər. İnsanlara anlatmaq istəyirdilər ki, hər kəs eyni səthdə və məqamdadır. Yalnız təqva, pərhizkarlıq və saleh əməllər insana dəyər və ləyaqət qazandırır.

 

İmam Rzanın (ə) elmi məqamı

İmam Rza (ə) müxtəlif elm və mərifət sahələrində ən kamil məqam sahibi idi. Bu fəzilət, O Həzrətin (ə) əsas xüsusiyyətlərindən biri sayılırdı. Tarixçilər və hədis alimlərinin fikrincə, İmam (ə) zamanının dinin müxtəlif sahələrindəki elmi, fəlsəfə və tibb elmində də, hər kəsin zirvəsində qərar tuturdu.

İmamla (ə) yaxın əlaqədə olan Əbdüssəlam Hərəvi, onun elmi məqamının ucalığı və geniş əhatəsi haqda deyir: Həyatım boyu, Əli ibn Musa ər-Rzadan üstün elmi şəxsiyyət görmədim. Onunla tanış olan hər alim, mənim kimi, Həzrətin (ə) misilsiz elmi məqamını təsdiq edirdi. Bir gün Məmun elmi məclis təşkil edərək, müxtəlif dinlərin, fərqli məzhəblərin və şəriətlərin başçılarını, kəlam (sxolastika) alimlərini oraya topladı. İmam Rza (ə) bütün alimləri öz yüksək elmi ilə məğlub etdi. Ardınca, oradakı alimlər İmamın (ə) elm və fəzilətlərinin üstünlüyünə və öz acizliklərini etiraf etdilər.

İmamın (ə) belə buyurduğunu eşitdim: Mən "Rövzə"də (Peyğəmbərin (s) hərəmində) əyləşirdim. Mədinə şəhəri alimlərlə dolu idi. Amma Həmin alimlərin hər biri hansısa məsələdə çətinliklə üzləşdiyi zaman, mənə müraciət edirdi. Mən də lazım olan cavabı verirdim.

İmam Rzanın (ə) dərin və kamil elminə görə, zamanının ən üstün elmi şəxsiyyəti idi. İslam dünyasının hər bir nöqtəsində, alimlər və fəqihlərin elmi məsələlərdə çətinliyə düşdükləri zaman yeganə müraciət yeri Həzrət Rza (ə) idi.

İbrahim ibn Abbas İmamın (ə) sonsuz və dərin elmi haqqında deyir: Mən görürdüm ki, (İmam) Rzadan sual soruşulduğu zaman, (istisnasız olaraq,) hər dəfə onu (kamil şəkildə) cavablandırırdı. Heç alimin onun kimi keçmişdə baş verən hadisələrdən və müasir məsələlərə qədər geniş elmi əhatə dairəsinə malik olduğunu görmədim. Məmun onu hər bir mövzuda müxtəlif suallarla sınadı, Lakin İmam (ə) onların hamısına ən kamil və dəqiq şəkildə cavab verirdi.[6]

Məmun da İmamın ilahi elmi haqda deyir: Yer üzərində heç kim, bu şəxs (İmam Rza (ə) ) qədər alim deyildir.[7]

 

 


[1] - "Üyuni əxbarir-Rza (ə)", c. 1, səh.178; "Mənaqib", c. 4, səh. 389.

[2] - "Mənaqib", c. 4, səh. 390.

[3] - "əl-Kafi", c. 6, səh. 283; "Biharül-ənvar", c. 49, səh. 102.  

[4] - "əl-İthaf bi hübbil-əşraf", səh. 58.

[5] - "əl-Kafi", c. 4, səh. 32; "Biharül-ənvar", c. 49, səh. 101. 

[6] - Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qumi, "Üyuni əxbarir-Rza (ə)", c. 2, səh. 108; İbn Səbbağ, "əl-Füsulül-muhimmə", səh. 251.

[7] - Məhəmməd ibn Noman (Şeyx Müfid), "əl-İrşad fi mərfəti hücəcillahi ələl-ibad", c. 2, səh. 261. 



منابع: Məsum İmamların (ə) imamət tarixi
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış-ikinci hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات