ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış-birinci hissə

چاپ
İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış-birinci hissə

İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış

Bütün fəzilət və yaxşılıqlar müxtəlif formaları və növləri ilə Həzrət Əli ibn Musanın (ə) mübarək varlığında toplanmışdı. Allah-təala O Həzrəti (ə) dəyərli ata-babaları kimi, üstün xüsusiyyətlərlə zinətləndirmiş və şərəf, alicənablıq bəxş etmişdi. O Həzrəti (ə) Peyğəmbərin (s) ümmətinə doğruluq və haqq-ədalət bayrağı seçdi ki, yolunu azanlar, yanlışlığa düşənlər onun vasitəsilə haqqı tapsınlar. Ağıllar onun nuru ilə işıqlansınlar. Həzrət Rza (ə) babası Peyğəmbərin (s) əxlaqi gözəlliklərini irs aparmışdı. Bu O Həzrətin (ə) həyatının müxtəlif sahələrində hər kəsə aydın olurdu. Həzrət Məhəmməd (s), onu başqa peyğəmbərlərdən (ə) üstün edən xüsusiyyətlər vasitəsilə gözəl və ali rəftarı ilə insanların həyatını dəyişdi. Onları ağılsız cahiliyyət yuxusundan və etiqadlarından azad etdi. İmam (ə) da, babasından irs apardığı, vücudunu saran peyğəmbər əxlaqı ilə, yeni cahiliyyət fitnələrini cəmiyyətdən uzaqlaşdırdı. İbrahim ibn Abbas, İmam Rzanın (ə) gözəl əxlaqı barəsində deyir: Kimsənin Əbül-Həsən Rzadan (ə) üstün olduğunu nə gördün, nə də ki, eşitdim. O, heç bir zaman kimsəyə zülm etmədi. Heç kəsin sözünü kəsmədi. Kimsəni ümidsiz və ehtiyacını ödəmədən yola salmadı. Əyləşdiyi şəxslərin yanında ayağını uzatmadı. Onlardan daha çox (yayxalanaraq,) söykənmədi. Qulluqçularına təhqiramiz və xoşagəlməz sözlər söyləmədi. Yüksək səslə, qəhqəhə ataraq gülmürdü. Qulluqçularını, kölələrini öz süfrəsinə əyləşdirib, onlarla birlikdə yemək yeyərdi. Gecələrin çoxunu, əvvəldən axıradək ibadətlə keçirərdi. Çox xeyirxahlıq edərdi, külli miqdarda sədəqə verərdi. Daha çox gecələr (tanınmaz halda) bu işi görərdi.[1]

İmam Rza (ə) xilafətdə (xəlifədən sonra) ən böyük məqam olan vəliəhdliyə yetişdikdən sonra da, öz işlərini qulluqçulara və bu mövqenin xidmətçilərinə tapşırmazdı. Özü işlərini əncam verərdi. Bu da, İmamın (ə) əxlaqi üstünlüklərindən və gözəlliklərindən biri idi.

Nəql edilir ki; Bir gün hamama getmək istədikdə, xidmətçilərinə hamam hazırlamaq üçün göstəriş verməyi xoşlamadığına görə, şəhər hamamına getdi. Hamamın sahibi xəlifənin vəliəhdinin ümumi şəhər hamamına gələ bilməsini heç xəyalına da gətirmirdi. (Bəlkə də İmamı (ə) tanımırdı). Çünki dövlətin ali məqamları, şahlar və onların yaxınları öz saraylarında çimirdilər. İmam Rza (ə) hamama daxil oldu. Qoşun əhlindən bir şəxs hamamda idi. O, İmamdan (ə) tələb etdi ki, onun başına su töksün. İmam (ə) təvazökarlıqla onun istəyini qəbul etdi. Elə bu zaman, İmamı (ə) tanıyan bir şəxs hamama daxil oldu. Onları görüb, fəryad çəkərək dedi: Bədbəxt oldun! Allahın elçisinin qızının övladını özünə xidmət etdirirsən?

Əsgər qorxdu və İmamın (ə) ayaqlarına düşdü. Onları öpərək xahiş edirdi: Ey Peyğəmbər övladı, məni bağışla. Nə üçün səndən bu işi tələb etdiyim zaman, etiraz etmədin?

İmam Rza (ə) gülümsəyərək mehribanlıqla dedi: Bu əməl, savab (qazandırır). İstəmədim mənim üçün nəzərdə tutulan ilahi mükafatından boyun qaçırım.[2]

Həzrət Əli ibn Musanın (ə) ən dəyərli xüsusiyyətlərinin biri də, süfrəyə əyləşdiyi zaman, kölələrini, xidmətçilərini və qapıçılarını çağıraraq, onlarla birgə eyni süfrədə yemək yeməyi idi. Həzrət (ə) bu rəftarı ilə anlatmaq istəyirdi ki, insanların arasındakı zahiri fərqlərə və ayrılıqlara baxmayaraq, hamısı eyni hüquqlu insandırlar. İbrahim ibn Abbas deyir: "Özüm, şəxsən, Əli ibn Musa ər-Rzadan (ə) eşitdim ki, buyurdu: Bir qul azad etməyə and içsəm, onu azad edərəm. Sonra hər nəyim varsa azad edərəm. Sonra əli ilə qara dərili xidmətçilərindən birinə işarə edərək buyurdu: Əgər o, elə fikirləşirsə ki, mən Allahın elçisi (s) ilə qohum olduğum üçün ondan üstünəm, (yanılmışdır), yalnız yaxşı və saleh əməl sahibi olduğum təqdirdə ondan üstün ola bilərəm.[3]

Bir şəxs İmam Rzaya (ə) dedi: Yer üzündə heç kim sənin atandan daha əzəmətli və dəyərli ataya sahib deyil.

İmam Rza (ə) buyurdu: Pərhizkarlıq onlara şərəf bağışladı və Allah-təalaya itaət etmək onları (azğınlıqdan) qorudu.

Başqa bir şəxs, İmam Rzaya (ə) dedi: Allaha and olsun, sən insanların ən yaxşısısan... İmam (ə) buyurdu: Ey filankəs, and içmə! Məndən daha yaxşı o şəxsdir ki, Allah-təaladan (Onun qadağan etdiyi işlərdən) daha çox çəkinsin. Allahın əmrlərinə itaət etsin. Allaha and olsun, Vahid olan Allahın buyurduğu bu ayə[4]  nəsx edilməmişdir: Bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).[5]

İmam Rzanın (ə) səxavəti

Həzrət Rzanın (ə) nəzərində ən sevimli və dəyərli əməl, insanlara xeyirxahlıq etmək və kimsəsizlərə yoxsullara əl tutmaq idi. O Həzrətin (ə) xidmətçilərinə və ehtiyaclı insanlara yardım etməsi haqda minlərlə rəvayətlər mövcuddur ki, burada onlardan bir-neçəsini qeyd edirik:

İmam Rza (ə) Xorasanda olduğu vaxt, Ərəfə günündə bütün var-dövlətini yoxsullara, kimsəsizlərə payladı. Fəzl ibn Səhl bu əməli İmama (ə) irad tutaraq, dedi: Sizin bu əməliniz zərər və ziyandır. İmam (ə) buyurdu: Xeyir. Döğrusu, bu qazancdır. Heç zaman Allah-təalanın mükafatına çatmaq üçün əncam verdiyin əməli, zərər və ziyan sayma![8]

İmam (ə) bu kəlamı ilə ona başa saldı ki, Allah yolunda, Onun razılığını cəlb etmək məqsədilə səxavətli davranmaq və kimsəsizlərə yardım etmək, zərər deyil, əsl həqiqətdə, qazanc və faydanın özüdür. Amma batil yolda xərclənən hər bir şey, şahların və vəzirlərin xəyanət əhlinə, bihudə işlərə xərclədiyi sərvət isə zərər və ziyandır.

Bir şəxs, İmam Rzanın (ə) hüzuruna gəlib, salam verdi. Dedi: Mən sənə və atana sevgi bəsləyən şəxslərdənəm. Həcc ziyarətindən qayıtdım. Amma yol üçün lazım olan hər şeyimi xərcləyib qurtardım. Ehtiyaclarımı ödəsən, mənə lütf və mərhəmət etmiş olarsan. Məmləkətimə gedib çatdığım zaman mənə verdiyin borcun miqdarında sənin adından sədəqə verərəm.

İmam buyurdu: Allah sənə rəhm etsin, əyləş. Sonra İmam (ə) camaatla danışığına davam etdi. Məclis boşaldıqdan sonra, orada yalnız İmam (ə), Süleyman ibn Cəfər və Xeysəmə qaldı. Həzrət (ə) onlardan icazə alaraq, içəri girdi və sonra gedi qayıdaraq qapını başladı. Qapının üzərindən (pul dolu) kisəni uzadaraq buyurdu: Xorasanlı kişi haradadır?

Xorasanlı kişi ayağa qalxaraq cavab verdi. İmam (ə) kisəni ona verib buyurdu: Bu iki yüz dinarı al, səfər xərcin olsun. Mənim əvəzimə sədəqə vermək lazım deyil. (Yəni, bu dinarları sənə hədiyyə edirəm).

Kişi İmamın (ə) səxavətini gördükdə, sevinclə oradan getdi. Süleyman İmama (ə) dedi: Sənə qurban olum, bəxşişinin miqdarı çox idi. Onunla mehriban davrandın. Bəs nə üçün üzünü gizlədib, onun qarşısına keçmədin?

İmam Rza (ə) ona belə cavab verdi: Onun çöhrəsində xəcalət ifadəsini görməmək üçün özümü gizlətdim. Peyğəmbərin (s) buyurduğu bu hədisi eşitməmisən? Gizli şəkildə edilmiş yaxşılıq və ehsan yetmiş həccə bərabərdir. Günah və pisliyi aşkara çıxaran şəxs, (Tanrı dərgahından) qovulmuşdur.

Sonra buyurdu: Bəlkə də şairin belə söylədiyini eşiməmisən: "Əgər bir gün öz ehtiyacımı söyləmək üçün onun hüzuruna getsəm, (mütləq,) abır-heysiyyətimi qoruduğum halda ailəmin yanına dönərəm."[9]

Həzrət Əli ibn Musaya (ə) sini dolu yemək gətirildiyi zaman, onun ən yaxşısını həmin siniyə qoyaraq, yoxsul insanlara verilməsini tələb edərdi. Ardınca bu ayəni oxuyardı: "Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi)".[10] Allah-təala bilirdi ki, hər kəsin qul azad etməyə qüdrəti çatmaz. Buna görə də, (yoxsul insanları doyurmağı) behiştə getmək üçün yol qərar verdi."[11]

Bir rəvayətdə deyilir: Yoxsul bir şəxs İmam Rzanın (ə) hüzuruna gələrək dedi: Mürüvvətin və comərdliyin qədər mənə yardım et.

İmam (ə) buyurdu: O qədər malım yoxdur.

Yoxsul kişi istəyinin doğru olmadığını anlayıb, dedi: comərdlik miqdarında mənə yardım et.

İmam (ə) buyurdu: Belə olsa mümkündür. Ardınca öz xidmətçisinə göstəriş verdi ki, ehtiyaclı şəxsə iki yüz dinar versin.[12]

Əhməd ibn Abdullah, Qəffari İmamın (ə) səxavətli və comərd əməllərindən biri haqda deyir: Peyğəmbərin (s) qulamı Əbu Rafenin tayfasından bir şəxsə borclu idim. O, borcunu istəyir və bu barədə çox israr edirdi. Buna görə də, Peyğəmbərin məscidində sübh namazını qıldıqdan sonra, Mədinənin yaxınlığında yerləşən Əriz məntəqəsində olan İmam Rzanın (ə) hüzuruna getdim. İmamın (ə) evinə yaxınlaşdığım zaman, O Həzrətin (ə) əynində köynək və üzərində yun əba ataraq, evdən çıxdığını gördüm. Onunla üzbəüz gəlməyə utandım. Lakin İmam (ə) məni gördü. Salam verib, dedim: Sizə qurban olum, məvalilərinizdən birinə (adını və kimliyini söylədim,) borcluyam. Məni hər yerdə rüsvay edib.

Həzrət (ə) buyurdu: Gözlə gələcəm.

Mən qüruba qədər İmamı (ə) gözlədim və şam namazını orada qıldım. (Mübarək ramazan ayı olduğu üçün) oruc tutmuşdum. Vaxt keçirdi, artıq gec idi. Getmək istədiyim zaman, İmam Rza (ə) gəldi. Xalq onu əhatəyə aldı. Həzrət (ə) miskinlərə və ehtiyaclı insanlara sədəqə verdi. Mən onunla birlikdə evinin qapısına qədər getdim. İmam (ə) evə daxil oldu və ardınca çölə çıxaraq, məni yanına çağırıb, evinə dəvət etdi. İçəri daxil olub, Mədinənin valisi haqda İmamla (ə) söhbət etdim. Sonra Həzrət (ə) buyurdu: Sanki, iftar etməmisən.

Dedim: Xeyir.

İmam (ə) iftar süfrəsinin hazırlanmasına göstəriş verdi. Xidmətçisinə dedi ki, mənimlə birlikdə oturub yesin. Yeməyimi qurtardıqdan sonra, mənə buyurdu ki, mütəkkənin altında hər  nə qədər pul varsa götürüm. Mütəkkəni qaldırdıqda, orada qızıl dinarlar gördüm. Onları götürüb ətəyimə yığdım. İmam (ə) qulamına göstəriş verdi ki, məni evimə qədər ötürsün. Onlar məni evimin qapısına qədər apardılar. Evə daxil olduğum zaman, çıraq istədim. Onun işığı altında mənə verilən dinarları saydım. Cəmi 48 dinar idi. Mənim borcum isə 28 dinar idi. (Dinarları yoxladığım zaman,) onlardan birinin üzərində bu sözlərin yazıldığını gördüm: O şəxsə borcun 28 dinardır. Qalan miqdar sənin olsun."[13]

 


[1] - "Üyunu əxbarir-Rza (ə)", c. 2, səh. 148; "Biharül-ənvar", c. 49, səh. 90-91.

[2] - "Nurul-əbsar", səh. 138; "Üyunut-təvarix", c. 3, səh. 227.

[3] - "Üyuni əxbarir-Rza (ə)", c. 2, səh. 95-96; "Biharül-ənvar", c. 49, səh. 95-96.

[4] - Hücurat surəsi, 17-ci ayə.

[5] - "Üyuni əxbarir-Rza (ə)", c. 2, səh.236; "Biharül-ənvar", c. 49, səh. 59.

[6] - "Üyuni əxbarir-Rza (ə)", c. 1, səh.178; "Mənaqib", c. 4, səh. 389.

[7] - "Mənaqib", c. 4, səh. 390.

[8] - "Mənaqib", c. 4, səh. 390.

[9] - Məhəmməd ibn Yaqub Koleyni, "əl-Kafi", c.4, səh. 23-24; İbn Şəhr Aşub, "Mənaqib", c. 4, səh. 390; Əllamə Məhəmmədtəqi Məclisi, "Biharül-ənvar", c. 49, səh. 101.

[10] - Bələd surəsi, 11-ci ayə.

[11] - "Məhasin", c. səh. 146; "Biharül-ənvar", c. 49, səh. 101.

[12] - İbn Şəhr Aşub, "Mənaqib", c. 4, səh. 39.

[13] - "əl-Kafi", c. 1, səh. 486; "əl-İrşad fi mərfəti hücəcillahi ələl-ibad", c. 2, səh. 255; "Biharül-ənvar", c. 49, səh. 97.

 



منابع: Məsum İmamların (ə) imamət tarixi
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Rzanın (ə) şəxsiyyətinə bir baxış

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات