ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Həzrət Məhəmməd (s) bəşəriyyətin ilahi müəllimi

چاپ
Həzrət Məhəmməd (s) bəşəriyyətin ilahi müəllimi

Bəşəriyyətin ilahi müəllimi, hələ kiçik yaşlarından öz paklığı, gözəl əxlaqı və ədəbi ilə hər seçilərdi. Dayəsinin Onun boynundan asdığı "ovsunlanmış gözmuncuğunu" üzərindən qırıb ataraq, batil inanclara inanmadığını söyləməklə hamının diqqətini özünə cəlb etmişdi. Cavanlıq dövründə, bir-birilərinin canına, malına və heysiyyətinə rəhm etməyən vəhşi insanların arasında "əmanətdar" ləqəbi ilə tanınan bir şəxs idi Həzrət Məhəmməd (s). Ona sui-qəsd hazırlayan düşmənlərinin məcburiyyəti üzündən Mədinəyə hicrət edən, amma bu çətin şəraitdə belə onların əmanətlərini qaytarmağı Həzrət Əliyə (ə) tapşıran ilahi insan idi Allahın elçisi (s).

O, insanlara bağışlamağı və güzəştə getməyi öyrətdi. Məkkəni fəth etdikdə qoşununda "intiqam, intiqam"-deyə bağıran şəxsləri susdurmağı əmr edib, "Bu gün mərhəmət və əfv günüdür!"- buyurdu. Bir halda ki, onlar dəfələrlə Tanrı elçisini (s) təhqir etmiş, üzərinə qoşun çəkmiş və həyat yoldaşını, əmisini, yaxınlarını, tərəfdarlarını acımadan qətlə yetirmişdilər. O (s), sevimli əmisi Həmzəni gözü önündə qətlə yetirən Vəhşi adlı bir şəxsi əfv etməklə, insanlıq aləminə rəhmət və mərhəmət dərsi verdi.

Ühüd döyüşündə məğlub olduğu zaman, onun dişlərini qıran düşmən qoşununa nifrin və qarğış etməyərək, "Mən insanları lənətləmək üçün peyğəmbərliyə seçilmədim. Mən onları haqq yola yönəltmək və mərhəmət göstərmək üçün peyğəmbər olaraq göndərildim"-deyə buyuraraq, dünyanı sülhə və sevgiyə səsləyən ilahi peyğəmbərdir.

Qız övladlarının diri-diri torpağa gömüldüyü bir zamanda, bununla mübarizə aparan, qızı otağa daxil olduqda onu qarşılayan, onun ehtiramına ayaq üstə qalxan məhz Həzrət Məhəmməd (s) idi. Təkəbbürlü ərəblərin qonaq getdiyi evə daxil olarkən, qapı kiçik olduğu zaman başlarını aşağı əyib keçməyərək, əvəzində qapını qılıncları ilə dağıdıb içəri daxil olduqları bir məntəqədə, qızının evinə gedib, gündəlik məişət işlərində ona yardım edən, kiçik dəyirman daşında un üyüdən də, elə Allahın elçisi (s) idi. Ailəsinə və övladlarına məhəbbətini gizlətməyən, həyat yoldaşına sevgi bəsləyənin imanının kamil olduğunu söyləyən, qızına "O, mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir."-deyən məhz Allahın rəsulu (s) idi.

Camaat namazını qılmaq üçün məscidə tələsərkən, "mənim dəvəm ol!"-deyən uşaqların da qəlbini qırmayan, onları razı salan da, elə Tanrı elçisi (s) idi. Namaz qıldığı halda belindəki nəvəsini narahat etməmək üçün namazını uzadan ilahi şəxs idi  O Həzrət (s). Söyüşə heç bir zaman söyüşlə cavab verməyən, bilmədən, dəvəsini vurmaq istədiyi zaman, çubuğunun yüngül şəkildə yanındakı insana dəydiyini bildikdə, kürəyini açıb, "cəzalanmağını" gözləyən ilahi peyğəmbər (s) idi. Məhz yüzlərlə belə ilahi gözəlliyə, əxlaqa malik olduğu üçün qulamı Zeyd öz doğma valideynlərinin yanına dönmək istəməyərək, O Həzrətlə (s) qalmağı üstün bildi...  

Bəli, ən kamil insan və ilahi şəxs olan Həzrət Məhəmməd (s) Аllаhın аdı ilə o günə kimi heç bir vəhdəti olmаyаn Ərəbistаndа birlik və ittifаq yаrаtdı, bir-birlərinə düşmən kəsilmiş, öldürüb qarət etməkdən başqa bir iş bаcаrmаyаn аyrı-аyrı qəbilələri birləşdirdi. O ərаzidə dаxili toqquşmа və çəkişmələri ləğv edərək аrаdаn аpаrdı. Xаlqı bir-birinə mehribаn və qаrdаş etdi.  Qadınların, qız uşaqlarının və cəmiyyətin məzlum edilmiş digər təbəqələrinin hüquqlarını onlara qaytardı. Varlıların kasıbları istismar və təhqir etməsinə son qoydu. Əsl dəyərin insanların zahiri görünüşündə, irqi-milli mənsubiyyətində, maddi durumunun hansı səviyyədə olmasında, məqam-vəzifəsində və bu kimi fərqlərdə olmadığını insanlara başa saldı. Onlara həqiqi dəyərin təqvada, Allah qorxusunda, insaniyyətdə və pak əməllərdə olduğunu anlatdı. İnsanlara nifrət, kin, təfriqə, fitnəkarlıq, qeybət, töhmət, iftira, böhtan, eyib axtarmaq, ələ salmaq, pis adlarla çağırmaq, yalan, xəyanət, təkəbbür, radikallıq, ifrat, cəhalət, həsəd, paxıllıq, simiclik, riyakarlıq və sair kimi çirkin xüsusiyyətlərdən uzaq qalmağı öyrətdi. Bəşəriyyətə insana verilən dəyəri, qardaşlığı, dostluğu, bağışlamağı, güzəştə getməyi, haqq-ədaləti, kimsənin haqqını tapdamamağı, mərhəməti, insafı, vicdanı, məsuliyyəti, fədakarlığı, təvazökarlığı, təşəkkür etmək ədəbini, səxavəti, ixlası, səbirli-dözümlü olmağı, qəzəbini boğmağı, xoş əxlaqlı və gülərüz olmağı, əhdə vəfa etməyi, öyrətdi. Onlara ümid və inam bəxş etdi.  Bütlərə itaət və ibadət edən insanları pak tövhidə səsləyərək, əsl həqiqətdə onlara əzəmət bağışladı. Və bunun kimi yüzlərlə ilahi dəyərləri insanlıq dünyasına ərməğan gətirdi. Əsl həqiqətdə, ondаn əvvəl heç kəsin görə bilmədiyi bir işi yerinə yetirdi.

Amma Peyğəmbərimiz (s) də bir insan kimi bu dünyaya müvəqqəti olaraq gəlmişdi. O, bütün bu ilahi mübarizələrdən sonra 63 yaşında vəfat etdi. Həzrət Əli (ə) onun pak bədənini yuyaraq, dəfin-kəfinə hazırladı. İmam göz yaşları tökür, tez-tez buyururdu; “Atam-anam sənə fəda olsun, ey Allahın rəsulu! Pak doğuldun və pak da dünyadan gedirsən.”

 Bütün müsəlman ümməti qəm-qüssə içində idi. Sanki təbiət də matəmə bürünmüşdü. Çünki Allahın yer üzərinə əta etdiyi sonuncu peyğəmbər dünyasını dəyişmiş və bir daha bəşər övladı ilahi elçisinə, peyğəmbərinə malik olmaq şərəfinə nail ola blməyəcəkdi. Bir daha vəhy mələyi öz mübarək qədəmlərini ilahi peyğəmbərindən faydalanmaq üçün yer üzərinə qoymayacaqdı. Sanki elə indidən quşlar onun qiraət etdiyi ilahi kəlamları eşitmək üçün darıxırdı. Üzərində yeridiyi torpaq və qumlar onun mübarək qədəmlərini əzizləmək həsrəti ilə alışıb-yanırdı.

Dr. Əfzələddin Rəhimov



منابع: alarbaeen.ir\az
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها  Həzrət Məhəmməd (s) bəşəriyyətin ilahi müəllimi

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات