ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Ayətullah Xameneinin (md) baxışında Hz. Məhəmməd (s) və qardaşlıq əxlaqı

چاپ
Ayətullah Xameneinin (md) baxışında Hz. Məhəmməd (s) və qardaşlıq əxlaqı

Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar bir-birlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.

Əziz Peyğəmbər (s) İslam cəmiyyətində və müsəlmanların arasında azca kin, ədavət və düşmənçiliyin olmasını da istəmir. O, xalq arasında sevgi və səmimilik yaratmağa çalışırdı. Hətta İslamın dairəsi genişləndikdə və əziz Peyğəmbər (s) Məkkəni tutduqda da o şəhərin əhalisini əfv etdi. Məkkə əhalisi Peyğəmbəri (s) öz şəhərlərindən qovan şəxslər idilər. Peyğəmbər (s) həmin Məkkə əhalisinə görə on üç il narahatlığa və əziyyət çəkmişdi, sonra da onlarla bir neçə müharibə aparmışdı. Nə qədər müsəlman öldürmüşdülər və qarşılığında müsəlmanlar da onlardan öldürmüşdülər. Əgər onların bu vəziyyətdə Allah Rəsulunun (s) qalib ordusuna ev sahibliyi etmələri qərarı alınsaydı, uzun illərə qədər bunların arasında sülhün yaranma imkanı mövcud olmayacaqdı. Buna görə Peyğəmbər (s) Məkkəyə daxil olan kimi ümumi sülh elan etdi. Buyurdu ki, mən sizin hamınızı azad və əfv etdim. O, Qüreyşi əfv etdi və məsələ bitdi.

Peyğəmbərin (s) bəlkə də Mədinəyə daxil olduğu ilk aylarda gördüyü işlərdən biri müsəlmanlar arasında qardaşlıq yaratmaq idi. O, müsəlmanları bir-birilə qardaş etdi. Bir-birimizlə qardaş olduğumuzu deməyimiz İslamda bir kompliment deyil. Yəni müsəlmanlar həqiqətən bir-birlərinə qarşı qardaşlıq haqqına malikdirlər, bir-birinə borcludurlar; (doğma) qardaşların bir-birinə qarşı öhdəlikli olduqları və qarşılıqlı hüquqlara əməl etməli olduqları kimi. Peyğəmbər (s) bunu həyata keçirdi.

O, müsəlmanlari iki-iki formada bir-birinə qardaş etdi. Bunların təbəqələrinə, ailələrinə, Mədinə və Qüreyş zadəganlarının zadəganlığına riayət etmədi; qara qulu böyük bir şəxslə, azad olunmuş qulu Bəni-Haşimin, yaxud Qüreyşin məşhur bir ağa övladı ilə qardaş etdi. Hər halda bu qardaşlığın müxtəlif cəhətləri vardı. Onun ən mühüm cəhətlərindən biri bu idi ki, müsəlmanlar bir-birinə qarşı qardaşlıq hissi keçirsinlər.

 



منابع: Ayətullah Seyid Əli Xamenei, "Məhəmməd əxlaqı" kitabından seçmələr
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Ayətullah Xameneinin (md) baxışında Hz. Məhəmməd (s) və qardaşlıq əxlaqı

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات