ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Hər il qurulan Aşura mərasimləri bizə Səfəvilər dövründən qalma adətdirmi?

چاپ
Hər il qurulan Aşura mərasimləri bizə Səfəvilər dövründən qalma adətdirmi?

Keçən bəhslərimizdə mə`lum oldu ki, Məhəmməd peyğəmbər (s) və digər mə`sumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər. Hətta bə`zi mənbələrə görə Aşura hadisəsindən sonra Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil olunmuşdur. [1] Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə) yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur. Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də buna sübutdur. [2]

Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün mə`sum İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını söyləmək olar.[3] Bu əza məclisləri bə`zən gizli və bə`zən də, aşkar şəkildə qurulurdu.

Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından e`tibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir «Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və başqaları öz kitablarında mə`lumat vermişlər.

Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tə`til edildi, qəssablar dükanlarına qıfıl vurdu, ...    Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.»[4]

Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.»[5]

Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı.[6]

Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər.[7] Belə məclislər Qahirə cümə məscidində də, qurulurdu. [8]

Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu.[9]

Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını söyləməyə əsas vermir.

Bu əzadarlıq mərasimləri hətta keçmişdə əhli-sünnə tərəfindən də, qeyd olunurdu.

Əbdülcəlil Razi  h. q. tarixi ilə 560-cı ildə «Kitabu-nəqz» adlı kitabında məlumat verir: «Hər kəsə məlumdur ki, Hənəfi və Şafei (sünni) firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər....»

Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q. vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h. q. vəfat) Bağdadda; Əmir Əbbadi Qütbuddin (562 h. q.vəfat) Bağdadda; Əbu Mənsur Ümdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də, hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir.[10]

Bu barədə bə`zi kitablarda da geniş məlumat verilmişdir: «Silsilətüz-zəhəb», «Rəşəhat», «Məqamati-Cami», «Məqtəli-Xarəzmi», «Tarixi-Təbəri», «İthafüs-süəda fi mənaqibi seyyidüş-şühəda», (Əfiduddin Hənəfi), «Cövrül-əşqiya» (Qadirbəxş Hənəfi), «Məqtəl» (Mahmud ibn Osman Hənəfi), «Məqtəl», (Əli Ənbər Hənəfi), «Rövzətuş-şühəda», (Molla Hüseyn Kaşani).

Necə ki, İbn Sirin deyir: «Yəhya ibn Zəkəriyyədən sonra səma əhli Hüseyn ibn Əlidən (ə) başqasına ağlamadı.»[11]

 

 


[1]- İbn Cövzi, «Məqtəl», c. 1, səh. 164; Xarəzmi «Məqtəl», c. 1, səh. 88; Hafiz Təbəri, «Zəxairül-üqba», səh. 119.

[2]- «Tarixün-nihayə», səh. 132 və 190; İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 240;                  

[3]- «Kamilüz-ziyarat», səh. 174; «Tarixün-nihayə ələl-Hüseyn», səh. 157, “Biharül-ənvar», c. 44, səh. 257 və 284; Hürr Amili, «Vəsailüş-şiə», c. 10, səh. 468; «Səhifeyi-nur», c. 10, səh. 217

[4]- «Əl-müntəzəm fi tarixil-muluki vəl üməm», c. 7, səh. 15; «Təkmilətü-tarixit-Təbbi», səh. 183.

[5]- «Miratül-cinan», c. 3, səh. 247; «Suallar və cavablar», səh. 31  

[6]- «Ən-Nücumuz-zahirə fi muluki Misir və Qahirə», c. 4, səh. 15.

[7]- Məqrizi, «Əl-Xütüt», c. 2, səh. 289; «Ən-Nücumüz-zahirə», c. 4, səh. 126; Məqrizi, «İttiazül-hünəfa», c. 2, səh. 67.

[8]- Həmin mənbələr.

[9]- Müəlliflər qrupu, «Suallar və cavablar», səh. 174-175.

[10]- Rəsul Cəfəri, «Aşura qiyamında diqqətli araşdırma», səh. 314-340

[11]- «Tarixi-İbn Əsakir», c. 4, səh. 339. 



منابع: PhDr. Tofiq Əsədov
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Hər il qurulan Aşura mərasimləri bizə Səfəvilər dövründən qalma adətdirmi?

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات