ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Hüseynin (ə) şeirləri

چاپ
İmam Hüseynin (ə) şeirləri

Tarixdən məlumdur ki, məsum imamlar öz həyatları boyunca bəzi şeir parçaları söyləmişlər. Bu şeirlərin bir qismi başqa müəlliflərə aid olmuşdur, yəni imamlar yeri gəldikcə mövzuya uyğun olaraq keçmiş və müasir şairlərin ədəbi irsindən iqtibas etmişlər.

Bununla yanaşı imamların özləri də şeir qoşmuşlar. Qurani-kərimdə şairlik (o zamankı ərəb mühitinin şəraitinə uyğun olaraq) həssas peşə kimi xatırlanır, bir hissəsi istisna olmaqla şairlərin azğın və günahkar olduqları vurğulanır. Həzrət Mühəmməd Peyğəmbər (s) şeir deməmişdir, çünki bu halda müşriklər Qurani-kərimi onun təbinin məhsulu hesab edə bilərdilər. Yasin surəsində də buna işarə edilib: “Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır” (Yasin, 69).

Lakin məsum imamlar vəhy sahibi olmadıqları üçün, onların şairlikdə ittiham edilmələri təhlükəli deyildi. İmam Əlinin (ə) şeirləri həcmcə daha çox və daha məşhurdur. Hətta o həzrətə aid olan şeir parçalarını “Divani-Əmirəlmöminin” adı altında toplamış və nəşr etmişlər. Doğrudur, həmin kitabdakı şeirlərin bir qisminin İmam Əliyə (ə) aid olması barədə şübhələr vardır. Amma o həzrətin şeir söyləməsi, ən azından, əzizlərini itirərkən mərsiyə deməsi və döyüş meydanında rəcəz (hərbə-zorba şeri) oxuması inkaredilməz həqiqətdir.

Ədəbiyyat böyük təsir gücünə malik faydalı təbliğat üsulu sayılır, ona görə də imamlarımız bunu diqqətdən kənar buraxmamışlar. Dini mənbələrdə bütün imamların dilindən şeir parçaları qeyd edilmişdir. Ən böyük hədis məcmuəsi sayılan “Biharül-ənvar”da bu qəbildən xeyli material mövcuddur. “Biharül-ənvar”dakı məsumlara aid edilən şeirləri toplayaraq ayrıca kitab halına salmışlar. Həmin kitabda Həzrət Fatimə (ə) və 12 imam da daxil olmaqla məsumların 2700 beytdən artıq şeri cəmlənmişdir.

Məsumların ədəbi irsində İmam Hüseynin (ə) şeirləri xüsusi yer tutur. Qeyd edək ki, adıçəkilən kitabda İmam Hüseynin (ə) üst-üstə 221 beyt şeri yer alır. Onları oxuduqca həm İmamın düşüncələrini, fövqəlbəşər zəkasını, gözəl əxlaqını, həm də izlədiyi əqidə yolunu duymaq mümkündür. Xüsusilə, İmamın Kufə yolunda və Kərbəlada söylədiyi şeirlər o həzrətin xütbə və hədislərini mükəmməl şəkildə tamamlayır. Bu məqalədə İmam Hüseynin (ə) şeirlərindən iki nümunə verməklə kifayətlənirik.

Tarix kitablarında qeyd edilib ki, İmam Hüseynin (ə) karvanı Kufəyə sarı gedərkən, yolüstü Sifah adlı mənzildə Kufədən gələn şair Fərəzdəqlə qarşılaşdılar. Fərəzdəq məşhur ərəb şairlərindən idi, özü də Əhli-beytə məhəbbət bəsləyirdi. Bu məhəbbəti Kərbəla faciəsindən sonra da qəlbindən silməmiş, İmam Zeynülabidini (ə) mədh edən gözəl bir qəsidə söyləmiş, bunun üstündə xəlifə tərəfindən həbsə atılmışdı.

İmam Hüseyn (ə) Kufədəki vəziyyət barədə Fərəzdəqdən soruşanda şair heç nəyi gizlətmədən ona cavab verdi: “Kufəlilərin ürəkləri səninlə, qılıncları Bəni-Üməyyə ilədir”. İmam bu sözləri eşidəndə buyurdu: “İxtiyar Allahın əlindədir, istədiyini edər. Rəbbimizin hər an üçün bir iradəsi var. İlahi qəza istəyimizə uyğun olanda Allahın verdiyi nemətlərə görə həmd edər, Onun şükrünü yerinə yetirmək üçün Ondan yardım istəyərik. İlahi qəza istəyimizdən uzaq olanda (göstərərik ki) niyyəti təmiz və haqq yolunda möhkəm olanlar Allahın mərhəmətindən uzaq düşməzlər”. (Bəzi tarixçilər bu hadisənin başqa mənzildə baş verdiyini və xəbər gətirən şəxsin Fərəzdəq olmadığını da yazırlar).

Daha sonra İmam Hüseyn (ə) bu şeri söylədi (şeirlərin sətri tərcüməsini veririk):

Əgər dünya nəfis və qiymətli sayılırsa,

Allahın mükafatı (cənnət) ondan daha qiymətlidir.

Əgər sərvət toplamağın sonu (öləndə) onu tərk etməkdirsə,

Azad insan buraxıb-gedəcəyi sərvətdən ötrü niyə simiclik etsin?

Əgər ruzilər qabaqcadan təyin edilib bölünübsə,

Bundan ötrü az əlləşib-vuruşmaq daha yaxşıdır.

Əgər bədənlər bir gün ölməkdən ötrü yaradılıbsa,

Allah yolunda qılıncla öldürülmək daha üstündür.

Ey Əhmədin ailə üzvləri, sizə salam olsun!

Hiss edirəm ki, yaxın zamanda mən də sizin səmtə köçəcəyəm!

Rəvayət edirlər ki, aşura gecəsində İmam Hüseyn (ə) qılıncları itiləməklə məşğul olan qaradərili qulam Covnün yanında oturub bu şeri oxumuşdu:

Ey ruzigar, uf sənin kimi dostun əlindən!

Neçə-neçə sübh və şam vaxtlarında

Yoldaşlar və haqq tələb edənlər qətlə yetirildilər.

Ruzigar əvəzlə qane olmaz!

Hər işin sonu cəlal sahibinə (Allaha) doğru qayıdır.

Hər bir canlı mənim getdiyim yolla gedəcək...

Allahın salamı olsun İmam Hüseynə (ə) və onun vəfalı silahdaşlarına...

 



منابع: islamaz
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseynin (ə) şeirləri

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات