ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-üçüncü hissə

چاپ
Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-üçüncü hissə

Əhli-beyt (ə) qadınları düşmən qoşununun ərlərini, qardaşlarını, yaxınlarını amansızlıqla öldürdüyünü, vəhşicəsinə xeymələrə basqın edib qarətə məşğul olduğunu və onları əsir tutub əzab-əziyyət verə-verə ac-susuz şəkildə şəhərləri dolandırdıqlarını gördülər. Amma bütün bunlardan sarsılmayaraq, öz iffət və namuslarını şərəflə qorudular. Kufə şəhərinə daxil olduqda əsir düşmüş Əhli-beyt (ə) xanımlarına şəhərin evlərinin damından baxan qadınlar örpək payladılar.[1]

Kufənin cümə məscidinin yanındakı evdə həbs olunduqda isə Zeynəb qəzəblə dedi: «Baxın, bizim yanımıza kənizlərdən başqa heç kim gəlməsin!»[2]

Əsirlər Şam şəhərinə yetişdikdə isə Ümmü Gülsüm və Rübab Şimrə dedi: «Bizi şəhərin başqa qapısından xəlvət küçələrlə apar və şəhidlərin nizəyə keçirilmuş başlarını, bizdən uzağa apar ki, yad insanların gözü onları seyr edərkən bizə sataşmasın.» Amma Şimr bunu etmədi. Belə olduqda Ümmü Gülsüm fəryad edərək, etirazını bildirdi: «Vay olsun sənə ey məlun! Allah zalımlara lənət etsin. Allah sənə lənət etsin! Bu iyrənc əməlinlə fəxr edirsən? Peyğəmbərin ailəsini yad baxışların önünə çıxarmaqlamı öyünürsən?!... »[3]

Peyğəmbərin səhabəsi Səhl İbn Səd deyir ki, mən təsadüfən Əhli-beyt (ə) əsirlərinin Şama gətirildiyi gün orada idim. Şəhidlər ağası Hüseynin (ə) qızı Səkinəni gördüm ondan nə istəyi olduğunu soruşdum,: O, Atamın başını nizəyə vuran bu bədbəxtə de ki, bizim aramızdan uzaqlaşsın. Belə olduqda kütlə ona baxar və diqqətlər bizim üzərimizdə cəmləşməz.»

Mən başı aparan nizəçiyə 400 dinar verdim ki, onu əsirlərin içindən kənara aparsın.[4]

Başqa bir nümunə: «Yezidin sarayında Şamlı bir kişi Həzrət Hüseynin (ə) qızı Fatiməni özünə kəniz etmək üçün, Yeziddən xahiş etdi. Yezid onun istəyini qəbul etdi. Amma Fatimə və Zeynəb (ə) etiraz səslərini ucaldaraq, Yezidin bu çirkin əməlinə mane oldular. Onların cəsarətli etirazından təəccüblənən kişi, əsirlərin kim olduğunu soruşdu. Bu qadınların Əhli-beyt (ə) əsirləri olmasını öyrəndikdə isə o, Yezidi lənətləyərək təhdid etdi və Yezidin əmri ilə şəhid edildi.»[5]   

Rübab, İbni Ziyadın məclisində göz yaşı tökərək diqqətləri Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi: «Ah, mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər onu Kərbəlada hiylə ilə öldürdülər. Əvvəlcə köməyə çağırdılar sonra isə amansızlıqla, susuz şəhid etdilər. Allah Hüseynin (ə) düşmənlərini qiyamət günü susuz cəzalandırsın!»[7]

Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş başını gördükdə dedi: «Ya Hüseyn! Ey Allah rəsulunun (s) sevimlisi, ey Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (s) oğlu!»[8]

Bu sözlər hamını kövrəltdi. Ümm Gülsüm və Fatimə də, buna bənzər növhələr oxudular.[9] Onlar daim Hüseynin (ə) məzlumiyyətini xalqa aşılayırdılar.

 

 


[1]- «İmam Hüseynin (ə) həyatı», səh. 291-292.

[2]- Cavad Mühəddisi «Aşura şüarları», səh. 248.

[3]- Rəbbani Xalxali, «Hüseynin parlaq siması», səh. 520-521.

[4]- «Rəyahinüş-şəriə» c. 3, səh. 316.

[5]- Şeyx Müfid, «İrşad», səh. 479; «Tarixi-Təbəri», c. 3, səh. 339; «Məqatilüt-Talibin», səh. 120.

[6]- Məhəmməd əl-Həsun Məşkur, «Əlamün-nisa», səh. 345; Əbülfərəc, «Əl-əğani», c. 16, səh. 142.

[7]- «Kamil»,c. 3, səh. 300; «Biharül-ənvar», c. 10, səh. 235.

[8]- Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 341-342.

[9]- Həmin mənbə, səh. 290-293.



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-üçüncü hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات