ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-dördüncü hissə

چاپ
Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-dördüncü hissə

Əhli-beyt (ə) qadınları kədərli çıxışları və əzadarlıq mərasimlərilə insanların vicdanlarını ayıldaraq təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini xalqa açıqlayır, bu yolla müsəlmanları kövrəldərək onlara insani, hümanist duyğular aşılayırdılar. Elə bunun nəticəsində camaatın yatan fitrətində zalıma nifrət, məzluma rəhmət hissi oyandı. Və həmçinin belə matəm mərasimlərində Əhli-beyt (ə) qadınlarının söylədiyi ürək yandırıcı, eyni zamanda düşündürücü sözlər hamını İmam Hüseynin (ə) qiyamı barəsində fikirləşməyə vadar edirdi.

Bu, həm də özlərini dindar kimi göstərən Bəni-Ümyyə hakimiyyətinin rüsvay olması və süqutunun təzmini demək idi.

Necə ki, İmam Hüseynin (ə) həyat yoldaşı Rübab Kufə şəhərinə daxil olarkən, ağlayaraq fəryad etdi: «İmam Hüseyn (ə) bir nur idi ki, hər kəs işığını ondan alırdı. İndi isə Kərbəlada şəhid edildi və mübarək bədəni torpaq üstündə yalqız buraxıldı. Ey Peyğəmbərin övladı Hüseyn, Allah səni ən gözəl şəkildə mükafatlandırsın. Sən mərhəmətli və möhkəm bir dağa bənzəyirdin, bizimlə gözəl davranırdın. Səndən sonra kim yetimlərə və çarəsiz insanlara pənah olacaq? Kim əli hər yerdən üzülmüşlərə sahib çıxacaq. Səndən sonra mən torpaqların məni örtdüyü zamanadək tənha yaşayacağam!»[1]

Rübab, İbni Ziyadın məclisində göz yaşı tökərək diqqətləri Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi: «Ah, mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər onu Kərbəlada hiylə ilə öldürdülər. Əvvəlcə köməyə çağırdılar sonra isə amansızlıqla, susuz şəhid etdilər. Allah Hüseynin (ə) düşmənlərini qiyamət günü susuz cəzalandırsın!»[2]

Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş başını gördükdə dedi: «Ya Hüseyn! Ey Allah rəsulunun (s) sevimlisi, ey Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (s) oğlu!»[3]

Bu sözlər hamını kövrəltdi. Ümm Gülsüm və Fatimə də, buna bənzər növhələr oxudular.[4] Onlar daim Hüseynin (ə) məzlumiyyətini xalqa aşılayırdılar.

 

 


[1]- Məhəmməd əl-Həsun Məşkur, «Əlamün-nisa», səh. 345; Əbülfərəc, «Əl-əğani», c. 16, səh. 142.

[2]- «Kamil»,c. 3, səh. 300; «Biharül-ənvar», c. 10, səh. 235.

[3]- Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 341-342.

[4]- Həmin mənbə, səh. 290-293.



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-dördüncü hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات