ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-ikinci hissə

چاپ
Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-ikinci hissə

2. Təhriflə mübarizə

İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi, o zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə də, din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının həqiqətini gizlətmək və həm də özlərinin insanlıqdan uzaq cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif etməyə başladılar. İbni Ziyad Kufədə İmam Hüseynin (ə) qiyamının yanlış olması barəsində şübhələr yaratmağa çalışdı. O, (guya) bu işin məcburi “qəzavü-qədər” (alın yazısı) olduğunu, Hüseyni (ə) Allahın öldürdüyünü Yezid və tərəfdarlarının bu işdə heç bir günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt (ə) xanımlarının (və İmam Səccadın (ə) ) bacarığı, mübarizəsi sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi.[1]

Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə (mərkəzi məscidinə) toplayaraq öz çirkin əməllərinə dini don geydirməyə başladı: «Həmd olsun o Allaha ki, haqqa zəfər əta etdi və «mömünlərin ağasına» (Yezidə), onun dostlarına yardım etdi. Və yalançı oğlu yalançını ( (nəuzubillah) İmam Hüseyni (ə) ) öldürdü.»[2]

Elə bu zaman Həzrət Zeynəb (ə) digər qadınlarla birgə əsir şəklində olmasına baxmayaraq vüqarla məscidə daxil oldu. Ubeydullah ondan kim olduğunu soruşduqda, cavab vermədi. Kənizlərdən biri: «O, Allah RIsulunun (s) qızı Fatimənin əziz övladı Zeynəbdir»-dedi. Ubeydullah ibn Ziyad, qardaşları, övladları və digər yaxınları şəhid olmuş, başı çox müsibətlər çəkmiş və indi isə əsir kimi qarşısında dayanan Zeynəbin (ə) qürurunu sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi ki, azacıq çığır-bağır salsa belə, Zeynəb (ə) ağlayacaq, yalvaracaq və ibn Ziyaddan aman diləyəcək. Camaat da, zalımların haqlı olduğunu düşünəcəkdir. Ona görə də lovğalıqla dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib yer üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi.»

 Xanım Zeynəb cavab verdi: «Həmd olsun o Allaha ki, bizə (ailəmizə babamız) Peyğəmbəri (s) əta etməklə  əzəmət bağışladı və çirkinliklərdən pak saxladı.[3] Yalnız fasiqlər rusvay olar. Yalnız pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki, pis adam biz deyil, başqa şəxslərdir. (Yəni, pis insanlar sən və tərəfdarlarındır.) »[4]

İbn Ziyad dedi: «Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi.»

Xanım Zeynəb (ə) cavab verdi: «Mən gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhid olacağını öncədən bilirdi. Onlar da öz vəzifələrini yerinə yetirərək, axirət mənzillərinə yollandılar. Tezliklə (qiyamət günü) Allah səni və onları  görüşdürəcək, (o zaman da,) onlar Allaha səndən giley edib, ədalət tələb edəcəklər. İndi düşün ki, Qiyamət günü kim zəfər çalacaq? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!»[5]

«Zeynəbin bacısı Ümmü Gülsüm də, İbni Ziyada xitabən dedi: “ Ey İbn Ziyad! Sən Allahın rəsulu Məhəmmədə (s) qiyamət günü nə cavab verəcəksən? Bilirsənmi cəzanı Peyğəmbər verəcək?»[6]

Yezidin hakimiyyət etdiyi Şam şəhərində isə vəziyyət tam başqa şəkildə idi şamlılar Əhli-beytin (ə) kim olduğunu lazımınca bilmirdilər. Onlar Müaviyənin 42 il Şamda hakimiyyətdə olduğu zaman təhrif etdiyi «İslam»-a e`tiqadlı idilər.[7] Dinin həqiqi hökmlərindən və köklü e`tiqadlarından xəbərsiz idilər.

Şamlıların İslamın həqiqətlərindən xəbərsiz olmasına təkcə bunu dəlil gətirmək kifayətdir ki, onlar Həzrət Əlinin (ə) Kufə məscidində namaz qılarkən şəhid edildiyini eşitdikdə təəccübləndilər və dedilər: «Məgər Əli (ə) namaz qılırdı?»[8] Bəli Əhli-beytin (ə) düşməni olan Müaviyə onları necə tərbiyə etmişdisə, dini onlara necə (ürəyi istədiyi formada) anlatmışdısa, eləcə də qəbul etmişdilər. Elə bunun üçün də Şam şəhərində İmam Hüseynin (ə) qiyamını dindən xaric olmuş şəxslərin üsyanı və ya xilafətlə mübarizə aparan Bizans döyüşçülərinin mübarizəsi kimi tanıtdırmışdılar.[9] Buna görə də əsirlər Şam şəhərinə gətirildikdə, əhali Yezidin qələbəsini bayram edirdi. Hamı sevinc içində Hüseynin (ə) şəhid olduğu üçün şadlıq edir və əsirlərə əllərindəki daş-kəsək, zibil qırıntıları atırdılar. Amma sonralar Əhli-beytin (ə) maarifləndirici çıxışları nəticəsində hər şey dəyişdi.

Belə ki, Yezidin sarayı təmtəraqlı şəkildə bəzədilmiş saray adamları və xarici səfirlər dəvət olunmuş, ənamlarla dolu bayram süfrəsi açılmışdı. Yezid Həzrət Hüseynin (ə) kəsilmiş başını bir məcməyə qoyaraq, əlindəki çubuqla onun dişlərinə vurur və bu şeri oxuyurdu: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş babalarım burada olub, sevinərək deyərdilər ki, «Yezid çox sağ ol! Əli (ə) övladlarına Bədr döyüşünün acısını dadızdırdın və intiqamımızı ondan aldın!»[10]

Elə bu vaxt əsir kimi məclisə gətirilən Zeynəb (ə) bunu görüb, fəryad edərək buyurdu: «Allah və Onun Peyğəmbəri(s) doğru söyləmişlər ki, pis əməl sahiblərinin sonu odur ki, Allahın ayətlərini uydurma sayıb onlara istehza edərlər.

Yezid, elə xəyal edirsən ki, yeri-göyü bizə təngləşdirməklə, əsir şəklində bir şəhərdən başqa şəhərə daşımaqla rüsvay edib, özünə hörmət qazanacaqsan? Elə sanırsan ki, bu əməlinlə əzəmət qazanıb, insanlara lovğalana bilərsən? Hakimiyyətini nizam-intizamlı görüb, o qədər sevinirsən ki, sanki öz dərinə sığışmırsan. Anlamırsan ki, sənə verilən bu fürsətin səbəbi, doğrusu, iç üzünü açıb xalqa göstərmən üçündür? Sən, Allah-Təalanın «Küfr edən şəxslər onlara verdiyimiz möhləti heç xeyir bilməsinlər! Bu möhlət yalnız onların günahlarını daha da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar olacaqlar»-deyə buyurduğunu unutmusanmı?

Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında, naməhrəmlərin baxışlarından uzaq otursun, amma sən Allah Rəsulunun (s) qızlarını əsir edərək, pərdəsini kənara atıb, hörmətsizlik edəsən, onların səslərini boğazlarında boğub, naməhrəm kişilər vasitəsilə onları dəvələrə mindirib, bir şəhərdən başqa bir şəhərə yollayasan? Bu necə ədalətdir ki,  heç kim onlara yer verməsin və heç bir mühafizləri olmasın və onlara məhrən olan kişilərdən kimsə yanlarında olmasın?

Əlbəttə, qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən bundan artıq nə gözləmək olar? Deyirsən, kaş ki, Bədr savaşında (Peygəmbər(s) və Həzrət Əli tərəfindən) qətlə yetirilən əcdadın indi burada olaydı və bu sözləri dilinə gətirərək, Peyğəmbər övladının dişlərinə (çubuqla) vurursan? Nə üçün axı belə etməyəsən?  Bil ki, sən yer üzünün ulduzları sayılan Peyğəmbər övladlarının və Əbdul-Müttəlib ailəsinin qanını axıtmaqla iki tayfa arasında olan keçmiş ədavəti yenidən qurdun. Boş yerə fərəhlənmə! Tezliklə Tanrı hüzurunda peşman olacaqsan və orada arzu edəcəksən ki, kaş kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi babalarım burada olsaydı, o qədər şad olardılar ki, öz dərilərinə belə sığmazdılar» ibarəsini dilinə gətirməyəydin. Ey Allah, bizə zülm edən kəsdən özün intiqamımızı al!

And olsun Allaha ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və dostları Tanrının lütf və mərhəməti sayəsində olacaqları gün (qiyamət günü) sən Yaradannın hüzurunda öz ətini-dərini didib-dağıdacaqsan. Allah öz və`dəsini yerinə yrtirəcəyi zaman kənarda qalmış bu məzlumları bir yerə toplayacaq. Allah buyurur ki, «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsla, onlar öz rəbbinin yanında diridirlər və ruzi (cənnət ruzisi) yeyirlər». Lakin səni zorla müsəlmanların rəhbərliyinə təyin edən kəs (Muaviyə), haqq-ədalətin, ilahi məhkəməsinin, Məhəmməd peygəmbərin (s) və sənin öz bədən üzvlərinin, etdiyin cinayətlərin əleyhinə şahidlik edəcəyi o gün, anlayacaq ki, kim hansınız daha da bədbəxtdir. ( yəni; bilinəcək ki, sən, yaxud Müaviyə daha cox bədbəxtdir.)

Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu, Allaha and olsun ki, sən mənim gözümdə elə bir dəyərə  malik deyilsən ki, mən səni danlayam. (yəni; sən o qədər alçaq və dəyərsizsən ki, heç danlanmağa da layiq deyilsən). Sən təhqir olunmağa belə ayiq deyilsən. Amma nə edə bilərəm? Gözlərim yaşla dolub, dərd- kədərim sinəmdə fəryad edir. Hüseyn (ə) qətlə yetirildikdən sonra, şeytanın qoşunu Peyğəmbərin əhli-beytinə hörmətsizlik edərək, müsəlmanların beytül-malından (Yezidin əlilə) mükafatlanmaq xatirinə, bizi Kufədən «səfehlər diyarına» gətirdi və bu cəlladların əlləri bizim qanımıza doydu. Və vəhşi-ac canavarlar şəhidlərin pakizə cənazələri üstündə at çapdıqdan sonra səni məzəmmət etmək, tə`nə vurmaq hansı dərdə dərman olar ki? Sən bizi öldürmək və ya əsir tutmaqla coxlu mənfəətlərə sahib olduğunu xəyal edirsənsə, tezliklə anlayacaqsan ki, zərərdan başqa bir şey ələ gətirməmisən. Qiyamət günü bu əməllərinin aqibətindən başqa heç bir şey qazanmayacaqsan. O zaman İbn Ziyadı öz köməyinə səsləyəcək, o isə öz növbəsində səndən mədəd umacaq. Amma sən və sənin davamçıların o gün Tanrının ədalət məhkəməsinə toplanacaq və biləcəksiniz, Müaviyənin sənin axirətinə yadigar qoyduğu ən yaxşı azuqə Peyğəmbər balalarını qətlə yetirrməyin olmuşdur. Allaha and olsun ki, mən Ondan qerisindən qorxmur və Ondan başqa heç kimə gileylənmirəm! Hər nəyi bacarırsan, onu da elə! Bütün hiylələrini işə sal! Ədavətini bütün gücüylə göstər! Allaha and olsun, bu ləkə sənin adina elə həkk olub ki bir daha silinməyəcəkdir. Allaha şükürlər olsun ki, behişt gənclərinin rəhbərinin (İmam Hüseynin (ə)) sonunu əbədi səadətlə nəticələndirdi və cənnəti onlara labüd etdi. Allahdan arzum budur ki, onların məqamını daha da yüksəltsin və öz mərhəmətini onlara nisbət daha da artırsın.  Necə ki, Allah ən qüdrətli hami və ən gözəl havadardır.»[11]

Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki, məclisdə iştirak edən məsul şəxslər, hətta Yezidin öz yaxınları da ona etiraz edərək qəzəbləndilər. Hətta orada olan hərəmxana qadınları da, Yeziddən üz çevirərək göz yaşları içində məclisi tərk etdilər. Onlar Hüseynə (ə) mərsiyələr söyləyirdilər.[12]

 

 

[1]- Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı», c. 3, səh. 252; «Aşura tarixində araşdırma», səh. 138.

[2]- «Məsum imamların həyatı», səh. 130

[3]- Məqsəd Əhli-beyt (ə) haqqında nazil olan Əhzab surəsinin, 33-cü ayəsidir.

[4]- Şeyx Müfid, «İrşad», səh. 244.

[5]- «Məsum imamların həyatı», səh. 131

[6]- K. Firişler, «İmam Hüseyn (ə) və İran», səh. 476; «Əyanüş-şiə» c. 3, səh. 485 və c. 7, səh. 136.

[7]- «Məsum imamların həyatı», səh. 130

[8]- Məsudi, «Murucüz zəhəb», c. 3, səh. 31-32.

[9]- Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 349.

[10]- «Balağatün-nisa», səh. 20; «Məsum imamların həyatı», səh. 135.

[11]- «Məsum imamların həyatı», səh. 136-137.

[12]- «Tarixi-Təbəri», c. 4, səh. 356; «Kamil»,c. 3, səh. 298.



منابع: İmam Hüseyn və Aşura inqilabı kitabı
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-ikinci hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات