ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-birinci hissə

چاپ
Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-birinci hissə

Kərbəla inqilabının öz ali hədəflərinə çatması və lazımı nəticələri əldə etməsi üçün iki mərhələnin tamamlanması zəruri idi. Birinci mərhələdə İmam Hüseynin (ə) Yezidə bey`ət etməyib qiyama qalxması, insanları inqilaba çağırması və İslam ümmətinin yatmış qeyrətini oyatmaq üçün öz tərəfdarları ilə birgə məzlumcasına şəhid olması idi. İkinci mərhələdə isə bu qiyamın səbəb və hədəflərinin təhrif edilməməsi, dəyərli məqsəd və şüarlarının xalqa düzgün şəkildə çatdırılması, onların maarifləndirilməsi, həmçinin əsrlər boyu insanların yaddaşına həkk olmasını tə`min etmək tələb olunurdu.

Ən əsası budur ki, ikinci mərhələni lazımı şəkildə yerinə yetirmək birincisi kimi böyük cəsarət, əzm, fədakarlıq və uzaqgörənlik tələb etdiyinə görə, xüsusi əhəmiyyət kəsb edirdi. Əgər bu mərhələ layiqincə əncam verilməsəydi, İmam Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər, Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi. Bununla da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək mümkün olmayacaqdı. Təbii ki, bu ağır məsuliyyətli vəzifə Kərbəlada sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə) xanımlarının öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında qadınların rolu olduqca mühüm sayılmalı və necə də vacib əhəmiyyət daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur:

1- Aşura qiyamının təbliği

Düşmənin əsir tutduğu qadınların iradəsini qırmaq üçün bütün səylərini səfərbər etməsinə baxmayaraq, Əhli-beyt (ə) xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət deyil, şirin bir qələbə, zəfər olduğunu sübut etdilər. Onlar öz xütbələri, çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və şüarları haqqında maarifləndirərək, onun əhəmiyyəti barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt (ə) qadınları müsəlmanlara atəşin xütbələrilə müraciət edərək, İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı olmadıqları üçün öz mənliklərini, şəxsiyyətlərini alçaltmış olduqlarını anlatdılar.

Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları, Həzrət Hüseyni (ə) Kufəyə də`vət edib sonra isə öz əhdinə vəfasız çıxan qorxaq, əzgin ruhlu kufəliləri gördükdə, əhalinin yatmış qeyrətini oyatmaq üçün, onları məzəmmət etməyə başladılar. Əvvəlcə Həzrət Zeynəb (ə) belə buyurdu:

«Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə də andınızın  heç bir dəyəri və e`tibarı yoxdur! Sizin lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirtət dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, ağlayın. And olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, (cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? Elə bir şərəfsizliyə əl atdıniz ki, onu heç bir su ilə yuyub, təmizləmək olmaz. Peyğəmbər övladını və cənnət cavanlarının rəhbərinı qətlə yetirməkdən də böyük rəzillik (və ləkə) ola bilərmi? Elə bir şəxs ki, sizi haqqa doğru yönəldən yola işıq və cətin zamanlarınızda pənahgahınız idi. (Utancınızdan) Ölün! Xəcalətli üzlərinizi gizlədin. Keçmişdəki zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər etdiniz. Gələcəyiniz üçün isə, heç nə əldə etmədiniz. Bundan sonra əskiklik içində ömür sürəcəksiniz. Çünki Allah-Təalanın hiddətinə tuş gəldniz. Elə bir əmələ əl atdınız ki, az qaldı (qəzəbindən) göy sökülüb, yerə tökülsün, yer yarılıb parçalansın və dağlar parça-parça olsun...»[1]

Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq hissi keçirdən, öz pis əməllərinin dəhşətini anlayan kütlənin gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi. Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi keçirdir, hər bir vəziyyətdə olursa-olsun səhvlərini yumaq, təmizləmək barəsində fikirləşirdilər.

İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm də kufəlilər qarşısında çıxış edərək, onları daha da təsirləndirdi. Fatimə dedi: «Ey Kufə əhli! Ey hiylə və fırıldaq sahibləri! Bizi kafir sayıb, bunun üçünmü, qanımızı axıtdınız? Qılınclarınızda bizim qanımız damcı-damcı tökülür, buna görəmi sevinirsiniz? Tezliklə Allahın qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay halınıza! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı? Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə acizdir. Şeytan iyrənc əməllərinizi sizə «gözəldir» deyə, zinətləndirmişdir...

Ey Kufə əhli! Heç bilirsinizmi Peyğəmbər (s) sizdən bu tökülən qanları cavablandırmanızı istəyəcək?»[2]

 

 


[1]- Mehdi Pişvayi, «Məsum imamların həyatı», səh. 133-134; Əhməd ibn Əbu Tahir,«Bəlağətün-nisa», səh. 24.

[2]- Xiyabani, «Vəqayeül-əyyam», səh. 253.



منابع: Mətndə qeyd olunub
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Aşura qiyamında Əhli-beyt (ə) xanımlarının rolu nə oldu?-birinci hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات