ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla qiyamı bizə nə öyrədir? - beşinci hissə

چاپ
Kərbəla qiyamı bizə nə öyrədir? - beşinci hissə

İslami dəyərlərin qorunması

Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan məsələlərdən biri də insanları, irqinə, millətinə, qohumluq əlaqəsinə və maddi şəraitinin yüksək olmasına görə deyil, ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir. Həmçinin irqi-milli  və sair kimi məsələlərə diqqət edərək, insanların zəhmətlərini, gözəl əməllərini heçə vermək, lazımınca dəyərləndirməmək İslam dininə ziddir. Qur`ani-Kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün insanlar bir atanın (Adəm (ə)) və bir ananın (Həvva) (ə) övladıdır. Zahiri-maddi imtiyazlar heç vaxt üstünlük meyarı ola bilməz. Üstünlük yalnız saleh əmələ, ləyaqətli şəxsiyyətə, pak və təmiz qəlbə, bir sözlə «təqva» ya görə olmalıdır.«Ey camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-qrup və qəbilə-qəbilə böldük ki, bir-birinizi tanıyasınız. Sizin Allah yanında ən üstün olanınız, daha çox təqvalınızdır.»[1]

Bu meyar Əhli-Beyt (ə) İmamları tərəfindən daim dəstəklənmiş və xüsusi əhəmiyyət verilərək ictimai həyatda ön plana çəkilmişdir. Böyük və əzəmətli məktəb olan Aşura qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında məhz bu meyar əsasında davranmışdır.

Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can verərkən atası Həzrət Hüseyn (ə) oğlunun yanına gedib, öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua etdi.[2]

İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı qulunun can verdiyini görüb, onun yanına gedib başını qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub, ona da dua etdi.[3]

Gördüyünüz kimi İmam (ə) öz döğma oğlu ilə türk əsilli qulun arasında heç bir fərq qoymadan, onlarla ləyaqətləninə görə davrandı. Bu da bizə insanlara gözəl əməllərinə, layiqli işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın, mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi, digər insanların işlərini də həqiqi şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami dəyərlərin qorunub saxlanmasını ön plana çəkir.

 

 


[1]- Hücurat surəsi, ayə 13.

[2]- «Lühuf», səh 167

[3]- «Biharül-ənvar», c. 45, səh. 30; Müqərrəm, «Məqtəl», səh. 308.



منابع: İstifadə olunmuş mənbələr: İmam Hüseyn (ə) və Aşura qiyamı, Dr. Tofiq Əsədov, Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kərbəla qiyamı bizə nə öyrədir? - beşinci hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات