ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla qiyamı bizə nə öyrədir? - dördüncü hissə

چاپ
Kərbəla qiyamı bizə nə öyrədir? - dördüncü hissə

Fədakarlıq dərsi

İslam dininə görə özü ehtiyaclı və ya çətin vəziyyətdə olduğu halda başqalarını düşünərək, onlara kömək etmək, yaranmış yaxşı vəziyyətdən digərlərinin xeyirinə istifadə etmək ən gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı insanların xeyirini öz mənfəətinə üstün bilmək çox böyük fədakarlıq sayılaraq, dini terminlərdə «iysar» adlandırılır. Qur`ani-Kərim buyurur: «Öz nəfslərinə (çətinlik çəkdirib) iysar edirlər (başqalarının xeyirini öz xeyirlərinə üstün sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs simiclik etməsə nicat tapmış (qurtulmuş)dur.»[1]

Heç kimə gizli deyildir ki. Kərbəla qiyamındakı iysarın, fədakarlığın ən kamil nümunələri bütün dünyaya ibrət dərsidir. Burada onlardan bir-neçəsinə işarə edirik:

1-İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu halda əzab-əziyyətlə özünü suya yetirdi, amma ailəsini çətin vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta sürətlə geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi.[2]

2-Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb, Əmr ibn Həccacın başçısı olduğu silahlı qoşunun qəsb etdiyi çaya doğru irəlilədi. Əmr ibn Həccac onu görüb dedi: «Sən və yanındakı dostların istədiyiniz qədər su içə bilərsiniz. Amma Hüseyn ibn Əliyə bir damcı da, su aparmağınıza icazə verməyəcəyəm.»

Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə baxmayaraq, dedi: «And olsun Allaha ki, Həzrət Hüseyn (ə) susuz olduqca, mən bu sudan içməyəcəyəm.» Sonra o, vuruşaraq zorla su alıb, xeymələrə gətirdi.[3] Həzrət Abbas[4] və Büreyd ibn Xəzir[5] də, su gətirmək niyyətilə çaya getdikdə, düşmənin eyni təklifi ilə üzləşdi. Lakin bundan imtina edərək düşməni məyus etdi.

3-Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin qardaşlarının həyatını qorumaq, hətta az da olsa onların həyatını uzatmaq üçün çalışırdı.

Aşura gecəsi Həzrət Abbas Bəni-Haşim cavanları ilə birlikdə sabahkı gün hər kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına gəldilər. Onlar başqa qəbilələrdən olan insanların həyatını düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa qərar verdilər.

Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də, başqa döyüşçüləri bir yerə toplayaraq, dedi: «Sabah savaş başladığı zaman biz gərək birinci olaraq döyüş meydanına çıxaq. Çünki Bəni-Haşimi qorumaq bizim borcumuzdur.» Məclisdəki silahdaşları Həbibin sözünü təsdiqlədilər.»[6]

 


[1] -Həşr surəsi, ayə 9

[2]- Müqərrəm,«Məqtəl», səh. 346-347.

[3]- «Tarixi-Əbi Müxnəf», c. 1, səh. 488.

[4]- Müqərrəm, «Məqtəl»,səh. 366.

[5]- «Məalis-sibteyn», səh. 319-321.

[6]- «Kibritül-əhmər», səh 497; «Musuətü kəlimatil-İmamil-Hüseyn (ə)», səh 408- 409.



منابع: İmam Hüseyn (ə) və Aşura qiyamı, Dr. Tofiq Əsədov, Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn (ə) və Aşura qiyamı, Dr. Tofiq Əsədov, Dr. Əfzələddin Rəhimli

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات