ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla qiyamı bizə nə öyrədir? - üçüncü hissə

چاپ
Kərbəla qiyamı bizə nə öyrədir? - üçüncü hissə

3) Səbr və dözüm dərsi

İnsan övladı həyatı boyu şirin xatirələrlə birgə acı anları da yaşamalı olur. Çox zaman nəinki xəyallarında yaşatdığı arzularına yetişmir, hətta ağır, məşəqqətli həyat sürməsinə baxmayaraq, gözlənilməz bəlalara da düçar ola bilir. Dinimiz belə hallarda səbirli olmağa, küfr etməməyə tövsiyə edir. [1] Amma buna hər kəsin qüdrəti çatmır. Hətta bəzi zəif iradəli insanlar bunun qeyri-mümkünlüyünü vurğulayan ifadələr də işlədirlər. Lakin biz İmam Hüseynin (ə) qiyamının əvvəlindən sonunadək, ən çətin anlarda belə misli görünməmiş səbir və mətanətin şahidi oluruq. Bu isə bütün insanlara layiqli ibrət, qiymətli həyat dərsi sayıla bilər.  İmam (ə) Kərbəla səfərində hamıdan əvvəl Kufəlilərin vəfasızlığını ona xəbər verən, ərəb şairi Fərəzdəqə belə buyurur: «Bütün işlərin hakimi Allahdır. Allah bizi sevdiyimiz, xoşladığımız işlərə qovuşdursa, ona təşəkkür etməli, ne`mətlərinə görə minnətdarlığımızı bildirməliyik. Əgər bizi ümidlərimizdən, arzularımızdan uzaq saxlasa yenə də niyyəti pak, təqva sahibi olan şəxs İlahi iradəsinə baş əyərək, onu bəyənməlidir. İstər bu yolda öldürülək, istərsə də qələbə çalaq, hər bir halda Tanrı iradəsini xeyir bilirik.»[2]

Əmisi oğlu Müslim ibn Əqilin şəhid olduğunu ona xəbər verdikdə buyurdu: «Hamımızı Allah yaratmış və hamımız Onun dərgahına dönəcəyik! Allah onlara rəhmət etsin!»[3]

O, Aşura gecəsi Bəni-Haşim qəbiləsini oradakı üzvlərinə və sədaqətli silahdaşlarına, sabahkı gün şəhid olacaqlarını anladaraq buyurdu: «Allah-taalaya ən gözəl şəkildə şükür edirəm. Çətinliklərə, asudəliklərə, əzablı zamanlarımıza və rahat vaxtlarımıza və bizlərə əta etdiyi nemətlərinə görə ona minnətdaram.»

Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə və ailəsinə xəbər verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: «Bacı, səbirli və mətanətli ol! Bil ki, dünyanın bütün insanları bir gün ölümə məhkumdur. Göylərin sakinləri (mələklər) də, əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız aləmi öz qüdrətilə xəlq etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. Atam, anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları halda o biri dünyaya köçdülər. Mən, onlar və bütün müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü-Gülsüm, Fatimə, Rübab! Mən öləndən sonra yaxanızı cırmayın! Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!»[4]

İmam Hüseyn (ə) Aşura günü ən həssas, kədərli anlarda belə yüksək dözüm və yenilməzliklə Allaha həmd-səna söyləyib, zikrlər oxuyurdu. Düşmən ordusu İmamın (ə) altı aylıq körpə oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə o Həzrət belə buyurdu: «Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür.»[5]

 Bəli, İmam Hüseyn (ə) və onun silahdaşları kimi seçilmiş bəndələr, ən çətin zamanlarda, belə Yaradanın hər bir hökmünə baş əyib, yalnız Ona pənah apararaq, həmd-səna oxuyurlar. Onlar bəlaların və müsibətlərin bizə üz gətirdiyi vaxt dözümlü olmağı, möhkəm iradə göstərərək, rəşadət nümayiş etdirməyi öz əməlləri ilə öyrətdilər. Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura günü son nəfəsini çəkərək söylədiyi kəlamlar bəşər övladına ən dəyərli amal kimi ərməğan olundu: «İlahi, sənin qəzavü-qədərin qarşısında səbirliyəm. Ey şəriki və misli olmayan Allah! Ey fəryad edənlərin köməyinə çatan! Mənim səndən başqa mə`budum yoxdur. Sənin hökmünə, təqdirinə dözümlü və səbirliyəm. »[6] İmam Hüseynin (ə) bacısı xanım Zeynəbin (s) İbn Ziyadın məsxərə ilə «Gördünmü Kərbəlada Allah sizinlə nə etdi?» sualına verdiyi cavab isə, insanı heyrətə gətirərək düşünməyə vadar edir. O, bu sualın cavabında tam vüqarla belə buyurdu: «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!»[7]

 


[1]- Bəqərə surəsi, ayə 155.

[2]- «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)», səh. 366; «Əyanüş-şiə», c. 1, səh. 597; «Tarixi-Təbəri», səh. 290.

[3]- Şeyx Müfid, «İrşad»,

[4]- «Tarixi-Təbəri», c. 7, səh. 324; «Kamil», c. 3, səh. 285; Xarəzmi, «Məqtəl», c. 1, səh. 327; «Tarixi-Yəqubi», c. 2, səh. 224.

[5]- «Tarixi-Təbəri», c. 7, səh. 660; «Kamil», c. 3, səh. 285; Xarəzmi, «Məqtəl», c. 2, səh. 32; «Musuətü-kəlimatil-İmamil Hüseyn (ə) » səh. 477.

[6]- «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə) » səh. 514.

[7]- «Biharül-ənvar», c. 45, səh. 116. 



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kərbəla qiyamı bizə nə öyrədir İmam Hüseyn

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات