ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla qiyamı bizə nə öyrədir? - ikinci hissə

چاپ
Kərbəla qiyamı bizə nə öyrədir? - ikinci hissə

2)Axirət aləminə inam dərsi

Axirət dünyasına inam da dinimizin bünövrəsini təşkil verən əsas etiqadlardan biridir. Belə ki, cənnət və cəhənnəm həqiqətdə ilahi ədalətin simvolu sayılır. Bu dünyada yaranmışları imtahana çəkən Uca Yaradan o biri dünyada yaxşıların saleh əmələrini qiymətləndirmək üçün və həmçinin bədxah şəxslərin pis işlərinin cəzasız qalmaması məqsədilə axirət aləmini xəlq etdi. Əgər belə olmasaydı dünya həyatı mə`nasız olardı. Necə ki, müqəddəs kitabımızda buyurulur: «Biz göyləri və yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) məqsədilə yaratmadıq.[1] Biz yerləri və göyləri, onun arasında olanları (bihudə deyil), yalnız haqq olaraq yaratdıq. Və qiyamət günü mütləq gəlib çatacaqdır.[2] Pis iş görənlər elə güman edirlər ki, onların yaşayışını və ölümünü, iman gətirən, yaxşı əməl sahibləri ilə bərabər edəcəyik? Necə də, pis hökm verirlər. Allah yerləri və göyləri haqq olaraq yaratdı ki, hər kəs öz əməlinə görə qiymətləndirilsin.[3] Hər kəs bir zərrə qədər də, olsa xeyr iş görərsə, onun şirin nəticəsini görəcək. Və hər kəs bir zərrə qədər şər iş görərəsə, onun (acı) nəticəsini görəcək.»[4]

Beləliklə qiyamət gününə və axirət aləminə olan inam bizi daim öz əməllərimizdə diqqətli olmağa, çirkinliklərdən çəkinərək, pak əməllər etməyə sövq edir. Etiraf etmək lazımdır ki, insanların günah işlərdən çəkinməsi və savab işlərə doğru meyillənməsi məhz axirət dünyasına olan inamdan sərçeşmə tutur.

İmam Hüseynin (ə) inqilabı da axirətə inam məktəbi sayılaraq bu həqiqətə israr etmiş, insanları əbədi həyata doğru səsləmişdir. Kərbəlada onunla birgə olan hər kəs, hətta qadınlar da bəşəriyyətə «ruhun ölməzliyi» adlı inam dərsi verdi. Ən ağır müsibətlərə şərəflə qatlanan bu insanlar məhz axirət aləminə olan imanları sayəsində öz yenilməzliklərini qoruyub saxladılar. Kərbəla inqilabına diqqət yetirdikdə, onun bu inam üzərində qurulması gerçəkliyini anlamaq, heç də çətin deyildir. Belə ki, Müslim ibn Əqilin şəhadət xəbərini İmam Hüseynə (ə) verdikdə, buyurdu: «Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir.»[5]. O, Aşura axşamı öz əshabını bir yerə yığıb buyurdu:«Bilin ki, dünyanın şirini və acısı bir yuxudur. Ayıqlıq, əsl həyat axirətdədir. Axirətdə səadətə yetişən doğrudan da, xoşbəxtdir. Və axirət əzabına düçar olansa, əsl bədbəxdir.»[6]

İmam Hüseyn (ə) Bəni-Haşimə ünvanladığı məktubda axirət aləminə inamı ön plana çəkərək, onu qazanmaq üçün şəhid olmağı «fəth» sayır. Belə ki, buyurur (ə): «Hər kəs mənə qoşulsa şəhid olacaq. Və hər kəs mənə qoşulmasa, fəthə yetişə bilməyəcək.» (Yə`ni əbədi səadəti, behişti fəth edə bilməyəcək.)[7]

Bəşər övladını ilahi kamilliyə səsləyən İmam Hüseyn (ə) onlara dünyanın zahiri közəlliklərinə, keçici-müvəqqəti ləzzətlərinə uymağa tövsiyə edir. Dünyanın maddi ləzzətlərinə aldanan insanlara, bu həyatın yuxu kimi qısa və aldadıcı olduğunu söyləyərək, onları gerçək və əbədi həyata doğru səsləyir. Həzrət Hüseyn (ə) buyurur: «Doğrudan da, dünyanın acısı və şirini yuxu kimidir. Kerçək ayıqlıq və həyat axirət aləmindədir. Həqiqi xoşbəxt o şəxsdir ki, axirətdə xoşbəxt ola. Həqiqətən o insan bədbəxtdir ki, axirət dünyasında bədbəxt ola.[8] Ölüm yalnız o biri dünyaya bir keçid, körpü sayılır. Allah yolunda çəkdiyimiz bütün çətinliklər insanı behiştə və onun saysız-hesabsız nemətlərinə doğru aparır.[9] Elə bil ki, sanki dünya heç başlanğıcdan yox idi. Amma axirət həmişə olub, olacaqdır.»[10]

 


[1]- Duxan surəsi, 38-ci ayə.

[2]- Hicr surəsi, 85-ci ayə

[3]- Casiyə surəsi, 21-22-ci ayələr

[4]- Zəlzələ surəsi, 8-7-ci ayələr

[5]- «Musuətü-kəlimati-İmamil-Hüseyn (ə)» səh. 404-405

[6]- Həmin mənbən səh 398

[7]- İbn Şəhri Aşub, «Mənaqib», c. 4, səh 76

[8]- «Musuətü kəlimatil-İmamil-Hüseyn (ə)» səh 397

[9]- «Nəfsül-məfhum», səh. 135

[10]- «Biharül-ənvar», c. 45, səh. 87



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kərbəla qiyamı bizə nə öyrədir? İmam Hüseyn

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات