ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla qiyamı bizə nə öyrədir? - birinci hissə

چاپ
Kərbəla qiyamı bizə nə öyrədir? - birinci hissə

1) Azadlıq dərsi

İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər-bəzəklərin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, adəm övladının ürək bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun; «şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!»[1] kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.

O, Yezidin qoşunundakı insanlara üzünü tutaraq belə buyurdu: «Əgər dininiz yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar olun!»[2] Amma düşmən qoşunu nəfsani istəklərin insanı hər növ iyrənc əməllərə və cinayətlərə sövq etdiyini bütünlüklə özündə əks etdirdi.

Həqiqətən də İlahi kamilliyə ucalmaq məqsədilə yaranmış bəşər övladının, öz dünyəvi istəklərini təmin etmək üçün çirkin əməllərə əl atması, necə də acınacaqlı görünür. Həzrət Əli (ə) buyurur: «Məgər bir azad insan yoxdurmu, bu yarıçeynənilmiş tikəni (dünyanı) öz hərislərinə buraxsın? Axı siz insanların dəyəri yalnız behiştdir. Özünüzü ucuz satmayın!»[3]

İbn Əbil-Hədid deyir: «Şərəfli ölümü, zillətlə yaşamaqdan üstün tutan Hüseyn ibn Əli (ə) bütün azad insanların rəhbəridir.»[4] Qazi Əbdülcabbar: «İmam Hüseynin (ə) qiyamı İslam dininə öz əzəmətini qaytardı. Biz bir müsəlman ümməti olaraq, Peyğəmbərimizin yeganə sağ qalmış yadigarının, hər şeyini Allah yolunda, dinin və xalqın islahı uğrunda qurban verməsi ilə fəxr edirik.»[5]

 


[1]- İbn Şəhr Aşub, «Mənaqib», c. 4, səh. 68.

[2]- «Musuətu-kəlimatil-İmamil- Hüseyn (ə)» səh. 421.

[3]- «Nəhcül bəlağə», hikmət, 456; «Biharül-ənvar», c. 1, səh. 44.

[4]- İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 240.

[5]- «Əl-Usulül-Xəmsə», səh. 142; «Ləvaül-İslam» jurnalı, 1965, № 10   



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kərbəla qiyamı bizə nə öyrədir İmam Hüseyn

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات