ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-dördüncü hissə

چاپ
Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-dördüncü hissə

İbn Ziyad isə 500 atlı götürüb, Bəsrə şəhərinin ən nüfuzlu adamları ilə birgə özünü İmam Hüseynə (ə) oxşadaraq, Kufəyə daxil oldu. On minlərlə insan onu İmam zənn edərək qarşılamağa çıxdı. Onun Həzrət Hüseyn (ə) olmadığını görən Kufə əhli şok halına düşdü. Bu isə onları İmamın (ə) gələcəyindən naümid etmək və hakimiyyətin qüdrətini anlatmaq üçün ikinci zərbə oldu. İbn Ziyad ilk olaraq xalqı qorxutmağı qarşısına məqsəd qoydu və buna bir-neçə yolla nail oldu. O, Bəni-Üməyyənin keçmiş qüdrətinin yıxılmadığını inandırmaq üçün və guya dövlətin üsyançılardan əsla qorxmadığını bildirmək məqsədilə əmrlər verdi. O, hər kəsdən çox qəbilə başçılarının dünyapərəst olduğunu bilirdi. Elə buna görə də ilk əmri «Hər qəbilə başçısı ki, xilafətin müxalifinə öz tayfasında pənah verə və hətta dövlətə tanıtdıraraq, təslim etməyə öz evinin önündə dar ağacına asılaraq e`dam olunacaq» idi.1 Sonra İbn Ziyad camaatı qorxutmaq üçün Şəbs ibn Rəbi kimi muzdurlardan da yetərincə bəhrələndi.2 Ümumiyyətlə Kufədə iyirmi minə yaxın silahlı adamlar var idi ki, «Həmra» adlanırdı. Bu silahlı insanlar pul və mal müqabilində muzdlu şəkildə hər bir cinayətə əl atırdılar. İbn Ziyad öz çirkin niyyəti yolunda onlardan da, kifayət qədər istifadə etdi.3

İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqilin ətrafına toplaşmış bə`zi qorxaq müsəlmanlar, “İmam gəlməyəcək” deyə təşvişə düşərək, ondan ayrıldı.

Yezidin gizli tərəfdarları da öz növbəsində aşkarcasına İbn Ziyadın cəbhəsinə keçərək, onun dayağını möhkəmləndirdi.

İbn Ziyad xalqı cümə məscidinə toplayaraq onlara xütbə oxudu. Kufəlilərin bə`zisini qorxaq, bəzilərinin isə tamahkar olduğunu bilən İbn Ziyad əvvəlcə özünü onlara "mehriban ata" kimi tanıdaraq, Yezidə kömək edənlərin maaşlarının artırılacağını və qiymətli ənamlar veriləcəyini dedi. Vəzifəpərəst və dünyapərəst qəbilə başçılarına, həmçinin xilafətdən “küsmüş” Bəni-Üməyyə tərəfdarlarına çoxlu bəxşişlər və`d etdi. 4

Belə ki, Kufədən qaçaraq İmam Hüseynə qoşulan İbn Ayzi şəhərin vəziyyəti haqqında belə məlumat verirdi: «Qəbilə başçılarına və nüfuzlu adamlara böyük məbləğdə rüşvət verildi. İnan ki, onların anbarları əla buğda ilə doldurulmuş kisələrlə aşıb-daşır. Onların hamısı İbn Ziyadla dost olaraq sənin əleyhinə döyüşməyə hər an hazırdırlar.»5

 Unutmaq olmaz ki, Kufəlilərin dolanışığı o zaman yalnız dövlət tərəfindən təyin olunmuş «əta» adlanan maaşda idi. Bu maaşı “ürəfa” adlı mənsəbə təyin olunmuş şəxslər verirdi. Onlarda əhalinin siyahısı var idi. Siyahiyə uyğun olaraq əta paylanırdı. Və elə bunun vasitəsi ilə də dövlət kimin üsyan etdiyinə nəzarət edə bilirdi. Bununla da üsyançıları maaşdan məhrum etmək asan bir iş idi. (Həzrət Əlinin (ə) dövründə bu maaş hamıya eyni miqdarda ədalətlə bölünsə də, digər hakimiyyət də olanların zamanında xilafət, hökumət tərəfdarlarına çox, müxaliflərə isə yox həddində verilirdi.) Aclıq və maddi çətinlik içərisində yaşayan böyük bir müsəlman kütləsi maaşlarının kəsiləcəyini və ya artırıla biləcəyini duyduqda dinini dünyaya satma ehtimalı böyük idi. Elə buna görə də, İbn Ziyad 6 Yezidə qarşı çıxanların maaşlarını kəsməklə, bütün mal-dövlətlərinin əllərindən alınacağını söyləməklə hədələdi. O, kəskin şəkildə İmam Hüseynə (ə) kömək edənlər rəhm etməyəcəyini dedi. Onsuzda qəlblərinə qorxu düşmüş kufəlilər, Şam qoşunlarının yolda olduğunu, yaxın günlərdə şəhərə gəlib çatacaqlarını eşitdikdə, vəhşətə gələrək, məscidi tərk etdi.

Hələ Müaviyə dövründə yüksək təchizatlı Şam qoşunlarının onlara verdiyi işgəncələri yada salan kufəlilər qorxaraq, üsyan niyyətlərinin olmadığını bildirdi.

Beləliklə də kufəlilər qorxu və tamah səbəbinə İbn Ziyada məğlub oldular. Yaltaq insanlar ona yaxınlaşmaq üçün sanki yarışa girişmişdilər. Dünyaya qul olan şəxslərdən başqa nəticə gözləmək də olmazdı. Bu qorxaq adamların bə`zisi hətta Kərbəlada İbn Ziyadın qoşununda yer aldığı zaman döyüşü kənardan izləyərək; «Allah Hüseynə (ə) kömək ol!» deyə ağlayırdı. 7 Bə`ziləriisə Yeziddən daha çox bəxşiş və hədiyyə almaq üçün Hüseyni (ə) öldürmək uğrunda bir-birilərini irəliləmək üçün canfəşanlıq edirdilər. Bir sözlə, onlar İmam Hüseyni (ə) öz dünya mənafelərini təmin etmək üçün Kufəyə çağırdı və elə dünya arzularına yetmək üçün də, onu tənha qoyaraq, düşməninə dəstək oldular.

Kufəlilər Hüseynin (ə) haqq yolda olduğunu çox gözəl anlayırdılar. Amma qorxu və dünya malı onlara Hüseynə (ə) kömək etməyə icazə vermədi. İbni Abdullah Aizinin söylədiyi kimi «Kufəlilərin qəlbi Hüseynlə (ə), amma qılıncları isə ona qarşı idi.»8

Necə ki, İmam Hüseyn (ə) Kərbəlada onlara müraciətlə buyurdu: «Siz məni də`vət etmədinizmi? İndi hamınız mənə qarşı çıxmışsınız. Mənim nəsihətlərimə qulaq asmaq istəmirsiniz. Bunun səbəbi haram maldan sizə bəxşiş və`d edilməsi və qarnınızı haramla doldurmanızdır. Ona görə də qəlbləriniz möhürlənmişdir. »9

 

 


 



منابع: [1]- «İslam xilafəti», c 26, səh 462; «Əl-Həyatül-ictimaiyyə» səh. 250; [2]- «Tənzimatül-ceyşül-ərəbi», səh 92-93. [3]- «Tarixi-Təbəri», c. 4, səh. 323. [4]- «Vəqətut-Təf», səh. 125; «Tarixi-Təbəri», c. 4, səh. 227; «Əl-Həyatül-imamiyyə», c. 5, səh. 254; [5]- «Vəqətut-Təf», səh. 174. [6]- «Həyatül-İmamil-Hüseyn (ə)», c 2, səh 453; «Tarixi-Təbəri», c4, səh 306; «Musuətü-kəlimatil-İmamil-Hüseyn», səh 432. [7]- Əbdürrəzzaq Müqərrəm, «Məqtəlül-Hüseyn», səh. 189. [8]- «Tarixi-Təbəri», c. 4, səh. 306. [9]- «Biharül-ənvar», c. 45, səh. 8.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-dördüncü hissə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات