ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-üçüncü hissə

چاپ
Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-üçüncü hissə

Müaviyənin amansız zülmündən sonra çox az sayda şiənin mövcud olduğu Kufədə, inad dolu məktubları yazanlar kim idi?

1-Onların bə`zisi Həzrət Əliyə (ə) düşmən münasibət bəsləyən, lakin Müaviyə nəslinə daha çox nifrət edən xaricilər (xəvaric) idi. Və sadəcə olaraq rəqiblərindən birini aradan götürmək niyyətində idilər.

2- Bə`ziləri tayfa və qəbilə rəhbərləri idi. Onlar Kufəni Dəmeşq əvəzinə yenidən paytaxt edərək öz keçmiş nüfuzlarını geri qaytarmaq istəyirdilər. Elə bunun üçün də inqilabın Kufədə olmasını arzu edirdilər. Tayfaları da onlara tabe idi.

3-Məktub yazanların bir hissəsi keçmiş vəzifə sahibləri idi. Bu adamlar da, yenidən varlanmaq ümidində idilər.

4-Bir qism müsəlmanlar isə Bəni-Üməyyə tərəfdarları olsa da xilafətin onlara məhəl qoymadığını ə`namlar bəxş etmədiyni gördükdə, qisas almaq niyyətilə məktubu imzaladı. Onlar da, hakimiyyətin devriləcəyi təqdirdə mənsəb sahibi olacaqlarını düşünürdülər.

5-Böyük bir hissə isə sadəcə olaraq Əli övladlarını xilafətə layiq bilir, Bəni-Üməyyədən üstün sayırdı. Çünki Həzrət Əlinin (ə) ədalətli hökumətinin şirinliyini unutmamışdılar. Bunlar əzilmiş xalq kütləsi idi.

6-Bəzi Bəni-Üməyyə nəslindən olan müsəlmanlar da Yezidi dəstəkləyir, amma çox saylı kütlənin əleyhinə çıxmaqdan qorxaraq, məktubu imzalayırdı. Bununla bərabər gizli şəkildə Yezidə məktub yazaraq onu Kufədəki vəziyyətdən xəbərdar edirdi. [1]

7-Bu arada fəqət şiə adlanan çox kiçik bir qrup İmam Hüseynin (ə) imamətinə e`tiqad bəsləyərək, onun birbaşa Allah tərəfindən xilafətə layiq görüldüyünə inanır, bu yolda sidq ürəklə hər şeyini fəda etməyə hazır idilər.

Gördüyünüz kimi kufəlilər vahid hədəfə qulluq etmir, Həzrət Hüseyni (ə) yalnız öz maddi mənafelərini tə`min etmək üçün arzulayırdılar. Bunu yetərincə anlayan Yezid qəddarlıqda atasından heç də geri qalmayan Abdullah ibn Ziyadı Kufəyə vali tə`yin etdi. Bu kufəliləri qorxutmaq üçün birinci zərbə idi.

Ardı var...

 

 


[1]- «Əl-Fütuh», c. 5, səh. 36;



منابع: İmam Hüseyn (ə) və Aşura qiyamı kitabı, Dr. Tofiq Əsədov və Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn Kufə əhli vəfasızlığı səbəbləri

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات