ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Hz. Hüseynin (ə) düşmən qoşundan bir gün möhlət istəməsinin səbəbləri-birinci hissə

چاپ
Hz. Hüseynin (ə) düşmən qoşundan bir gün möhlət istəməsinin səbəbləri-birinci hissə

Aşuradan bir gün əvvəl yə`ni Tasua günü düşmən qoşunu Kərbəlada İmam Hüseyn (ə) və onun əshabını hər tərəfdən mühasirəyə aldı. Həzrət İmam Hüseyn (ə) qardaşı Abbasa dedi: «Qardaşım, get onlardan soruş ki, axı nə üçün bizim üstümüzə hücum çəkirlər?»

Həzrət Abbas bir neçə əsgər ilə qoşuna tərəf gedib soruşdu: «Nəyə görə bizi mühasirəyə aldınız?»

Düşmən qoşunu belə cavab verdi: «Bizə əmr olunub ki, bu gün sizə itaətsizliyinizə görə hücum edək.»

Həzrət Abbas İmamın (ə) hüzuruna gəlib onların sözünü qardaşına çatdırdı. İmam (ə) buyurdu: «Onların yanına qayıt de ki, bir gün bizə möhlət versinlər. Mən bu günü ibadətlə keçirmək istəyirəm. Tanrım bilir ki, mən namaz qılmağın, Qur`an oxumağın, dua və istiğfar etməyin aşiqiyəm.»

Cənab Abbas qardaşının buyurduğunu onlara çatdırdı. Ömər Səd öncə imtina etmək istəsə də, öz qoşunundan olan bir əsgər dedi: «And olsun Allaha, əgər başqa bir qəbilə bizdən bu xahişi etsəydi qəbul edərdik. Rəsulullahın (s) Əhli-beytinin sözünü nə üçün qəbul etməyək?»

Ömər Səd dedi: «Biz sizə sabaha qədər möhlət veririk. Əgər bizə itaət etməyi qəbul etməsəniz, hamınızı qılıncdan keçirəcəyik.»[1]

İmam Hüseynin (ə) öz düşmənlərindən döyüşü saxlaması üçün bir gün möhlət istəməsinin əxlaqi, mənəvi, etiqadi, həm də siyasi səbəblərinin olmasında heç bir şəkkimiz yoxdur. Biz isə bu səbəblərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirik:

1- Bu bir gün möhlət, İmam Hüseynin (ə) səhabələrinin azad və sərbəst düşüncə ilə o Həzrətin qarşısında şəhadət yolunu seçmələrini sübuta yetirdi. Həmin gün İmam Hüseyn (ə) axşam vaxtı yaxınlaşdıqda öz səhabələrini bir yerə yığıb onlara belə buyurdu: «Tanrıma hər bir nemətə və müsibətə görə şükr edirəm...  Mən sizdən vəfalı və layiqli əshab, öz Əhli-beytimdən yaxşı Əhli-beyt tanımıram. Tanrım özü sizə kömək olsun. Əslində mən bu Kufə əhli haqqında başqa cür fikirləşirdim. Ona görə ki, onlar (öz yazdıqları məktublara əsasən) mənə itaət edib tabe olmalı idilər. İndi ki, iş bu yerə gəlibdir mən öz beyətimi sizdən götürürəm və sizi öz ixtiyarınıza buraxıram. Hər kim getmək istəyirsə gecənin qaranlığından istifadə edib gedə bilər. Çünki bu qoşunun yalnız mənimlə işləri vardır.»

İmam (ə) bu sözləri dedikdən sonra onun bütün yaxınları və səhabələri ayağa qalxıb dedilər: «Biz nəyə görə bu işi etməliyik? Məgər səndən sonra yaşamağın mənası vardırmı? Tanrı heç vaxt bizi səndən ayırmasın.»

İmam Hüseyn (ə) üzünü Müslim ibn Əqilin oğlanlarına tutub buyurdu: «Sizin ailənizdən Müslim kimi şəxsiyyət şəhid oldu. Və bu müsibət sizin ailənizə kifayət edər. Siz çıxıb gedin, mən sizə icazə verirəm.»

Onlar İmamın (ə) cavabında ehtiramla dedilər: «Allah eləməsin biz səndən ayrı düşək. Biz əgər səni burada qoyub getsək camaata nə cavab verərik? İmamımızı düşmənlə tək qoyduğumuza görə xəcalət çəkməyəcəyikmi? Allaha and olsun ki, biz heç vaxt belə şərəfsiz iş görmərik. Qoy canımız və malımız sənin yolunda qurban olsun...»

Bu zaman İbni Ovsəcə İmama (ə) üzünü tutub belə söylədi: «Ey Peyğəmbər balası, biz sənə kömək etməsək Allah yanında üzüqara olarıq. And olsun Allaha ki, əgər məni yetmiş dəfə öldürüb diriltsələr yenə də sənin hüzurunda şəhid olmağı arzulayaram. Çünki, sənin yolunda şəhid olmaq əbədi səadətə qovuşmaq deməkdir.»

Digər səhabələr də bir-bir ayağa qalxıb öz istəkləri ilə İmama (ə) sadiq olduqlarını və bu işə görə fəxr etdiklərini bildirdilər.[2]

Ardı var... 

 


[1]- «Kərbəlada nələr oldu», səh. 279; «Əba Əbdullahül Hüseynin (ə) həyatı”, səh. 171; «Həzrət İmam Hüseynin (ə) yaşayışı», səh. 179.

[2]- Şeyx Müfid, «İrşad», səh. 250; İbn Əsir, «Kamil», c. 4, səh. 24; «Nəfsül- məhmum», səh. 137.



منابع: İmam Hüseyn (ə) və Aşura qiyamı kitabı, Dr. Tofiq Əsədov və Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn Tasua Aşura möhlət

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات