ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-ikinci hissə

چاپ
Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-ikinci hissə

Kufəlilərin bu xisləti yalnız İmam Əli (ə) və digər İmamlarımıza qarşı olmamışdır. Həqiqətdə Həzrət Əlidən (ə) öncə yaşamış xəlifələr də eyni rəftarla üzləşmışlər. Necə ki onlardan biri deyir: «Bundan böyük müsibət harada var ki, yüz min nəfərlik cəmiyyətlə birlikdə olasan, amma nə başçıları onlardan razı olsun nə də onlar başçılarından.»[1]

Bə`zən özlərini hamıdan ağıllı, dindar hesab edən, heç kimi bəyənməyən cahil kufəlilər döyüşün ən həlledici anlarında belə utanmadan Həzrət Əliyə (ə) qarşı vəfasız çıxaraq, onu düşmən müqabilində çətin vəziyyətdə qoymuşlar. Və döyüşdə məğlubiyyətə səbəb olmuşlar. Hər dəfə bir-birindən fərqli, təzad dolu fikirlərə düşən, sabit və davamlı iradəyə malik olmayan kufə əhlinin İmam Həsəni (ə) də, döyüş meydanında tənha buraxmalarını unutmaq olmaz.

Gördüyünüz kimi vəfasız Kufə əhli hətta şiələrin aparıcı rol oynadığı və bə`zi ləyaqətli kufəlilərin öndə getdiyi bir zamanda da, Məhəmməd peyğəmbərin (s) ən əziz, hamıdan çox sevdiyi şəxslərlə də, iki üzlü və riyakarlıqla davranmışlar.

Müaviyənin xilafəti zamanı isə onsuz da e`tibarsızlıq və sədaqətsizlikdə “ad qazanmış” kufəlilər daha da, alçalaraq qorxaq, dünyapərəst və cahil insanlara çevrildilər. Belə ki, Müaviyə sülh müqaviləsini tapdalayaraq onlara şiddətlə zülm etməyə başladı. Qəddarlığı ilə tanınmış Ziyadı Kufəyə vali tə`yin etdi. Ziyad onlarla amansızca davranır, müxtəlif işgəncələr verir, heç bir qayda-qanuna baş əyməyərək insanda ikrah hissi oyadan özbaşınalıqla rəftar edirdi. Kufə əhli səhvlərini anlasalar da artıq gec idi.[2] Sülh müqaviləsi bağlanmış, kufəlilər tərk-silah edilmiş və Şam qoşunları şəhərdə möhkəmləndirilmişdi. Beləliklə də, onlar zülmə boyun əyməyə məcbur oldu. Kufə valisi Ziyad isə Müaviyyəyə təkcə qarşı çıxanları deyil, hətta ona məhəbbət bəsləməyənləri də, ən ağır cəzalara məhkum edirdi.[3]

Əhli-beytə eşqi olan hər kəs, əvvəlcə xilafətin hamıya tə`yin etdiyi maaşdan məhrum edildi.[4] Sonra isə Həzrət Əliyə (ə) hörmət bəslədiyi ehtimal verilən müsəlmanların evi xarabalığa çevrilir, özü və ailəsi inanılmaz işgəncələrə mə`ruz qalaraq, həbs edilirdi. [5] Əhli-beytin (ə) fəziləti haqqında hədis söyləmək qadağan edilmiş, hər namazdan və məscidlərdəki xütbələrdən sonra Həzrət Əliyə (ə) lə`nət oxumaq vacib olunmuşdu. [6] Lə`nət oxumayanların əli-ayağı kəsilir, dili boğazından çıxarılır, dar ağacına asılırdı. Ümumiyyətlə harada şiə tapırdılarsa min cür əzab-əziyyətlə öldürürdülər.[7]

Əhli-beytə (ə) sadiq insanlar isə günahsız olaraq qətlə yetirilir, malı, canı, namusu tapdalanırdı. Onlarla xüsusi qəddarlıq və vəhşicəsinə rəftar olunurdu. Çoxsaylı şiələr məcburi surətdə Kufədən uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə daha şiənin tanınmış şəxsiyyətlərindən heç kim qalmamışdı... [8]

İllər beləcə keçirdi... Kufə əhli də, Müaviyənin düşünülmüş siyasəti nəticəsində ikiüzlü, qorxaq, dünyapərəst və mənfəətpərəst insanlara çevrilmişdi. Əli (ə) -ın dövründə az da olsa tapılan cəsur kufəlilərdən əsər-əlamət belə yox idi. Zülmə boyun əymiş bu müsəlmanlar Müaviyə öldükdən sonra kiminsə onları qurtaracağını gözlədilər. Onlar can və mallarını təhlükəyə atmadan asan bir qurtuluş ümüdündə idilər. Sanki Tanrı onlara mələk qoşunu göndərərək, möcüzə xəlq edib, Yezidi məğlub etməli idi.

Amma Müaviyənin ölümündən sonra süni şəkildə cür`ətlənən bu insanlar azadlıq yolunda vuruşa hazır olduqlarını iddia edir, özlərinə layiqli rəhbər axtarırdılar. Elə o zaman, İmam Hüseynin (ə) Yezidə bey`ət etmədiyini eşidib, çoxsaylı məktublar yazaraq onu Kufəyə də`vət etdilər. İş o yerə çatdı ki, orta hesabla gündə altı yüz, bütünlükdə isə on səkkiz min də`vət məktubu İmam Hüseynin (ə) əlinə yetişdi. [9] Kufəlilər İmamı də`vət edərək, son damla qanlarına qədər onunla birgə vuruşacaqlarını, onu əsla tərk etməyəcəklərini söylədilər.

 

 


[1]- «Biharül-ənvar», c 100, səh 79-80.

[2]- «Tarixi-İslam», c. 2, səh. 340.

[3]- «Tarixi-İslam», c. 11, səh. 43-44.

[4]- İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 15.

[5]- «Əl-Mühbər», səh. 479; «Müxtəsəri-tarixi-Dəmeşq», c. 9, səh. 88; «Əl-əqdül-fərid», c. 5, səh. 11; «Əl-Əğani», c. 15, səh. 44;

[6]- «Tarixi-Təbəri», c. 5, səh. 254; «Kamil», c. 2, səh. 488; «Rəbiül-əbrar», c. 2, səh. 186; «Müstədrəki-Hakim», c. 3, səh. 509;

[7]- «Əl-Fütuh», c. 4, səh. 203; İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 11, səh. 44; «Müxtəsəri-tarixi-Dəmeşq», c. 9, səh. 90;

[8] İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 11, səh. 46.

[9]- «Biharül-ənvar», c. 44, səh. 344. 



منابع: İmam Hüseyn (ə) və Aşura qiyamı kitabı, Dr. Tofiq Əsədov və Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kufə əhlinin vəfasız olması İmam Hüseyn

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات