ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-birinci hissə

چاپ
Kufə əhlnin vəfasızlığının səbəbləri haqda araşdırma-birinci hissə

Kufəlilərin İmam Hüseyni (ə) köməyə çağırıb onu qətlə yetirməsinin səbəblərini düzgün şəkildə anlamaq üçün o zamanlar Kufədə hakim olan ab-havanı yetərincə aydınlaşdırmaq lazımdır. Hər şeydən öncə unutmamalıyıq ki, Həzrət Əlinin (ə) xilafəti zamanı ona dayaq olmuş Kufə əhli ilə İmam Hüseynin (ə) qiyamı dövründə yaşayan kufəlilər arasında əsaslı fərqlər mövcud idi.

İmam Əlinin(ə) xəlifəliyi zamanı da, şiələr çoxluq təşkil etmirdilər. Buna Siffeyn döyüşündə ondan üz çevirən böyük bir kütlə, xəvaric də sübutdur.

Təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Əlinin (ə) xilafəti dövründə şiələr çoxluq təşkil etməsələr də, hərdəmxəyal kufəliləri döyüşə səsləyən və xalq arasında cəsur döyüşçü kimi tanınan cəsarətli, qorxmaz şiə sərkərdələri var idi. Başqa aparıcı rol oynayan amil isə, az da olsa Kufə əhli içərisində zalıma baş əyməyən, döyüş əhval-ruhiyyəli, dinini dünyaya satmayan bə`zi kufəlilərin mövcud olması idi. Onlar da, şiələr kimi İmam Əliyə (ə) xalqı döyüşmək üçün həvəsləndirməkdə kömək edirdilər. Məhz belə qüvvələrin nüsrəti sayəsində qorxaq, tənbəl və riyakar camaat olan kufəlilər öz daxili təşvişlərinə qalib gəlməyi bacararaq, ruh düşgünlüyünü kənara atıb, Həzrət Əliyə (ə) dayaq olmağa çalışırdılar. Yoxsa kufəlilər olduqca qorxaq, dünyapərəst və ikiüzlü bir camaat idi. Necə ki, Həzrət Əli (ə) buyurur: «Yazıqlar olsun sizə. Sizi danlamaqdan bezdim. Axirət əvəzində dünya yaşayışına razı oldunuzmu? Ucalıq əvəzinə alçaqlığa üstünlük verdinizmi? Sizi düşmənlərinizlə vuruşa çağırdığım zaman qorxudan gözləriniz bərəlir, sanki ölüm gəlib çatmış və sizi bəlalara uğratmışdır. Qəflətə dalmısınız, elə o qəflət də sizi sərxoş etmişdir...Heç bir şeyi dərk etmirsiniz. Nə qədər ki, bu belə davam edir, mənim sizə güvəncim yoxdur. Arxam, himayəçim deyilsiniz ki, sizə arxalanım, qolum-qanadım olmursunuz ki, sizə sığınım.Siz sarbanı itmiş dəvələrsiniz; bir yandan sürülüb bir yerə toplanır, o biri tərəfdən dağılırsınız.

Nə qədər beli ağır yüklər altında əzilmiş cavan dəvələri yola gətirən bir adam kimi sizinlə əlləşib-vuruşum? Nə qədər bir köhnə paltarı təzələməyə çalışım; hər yanı cırılıb gedir. Bir tərəfdən tikirsən o, biri tərəfdən sökülür. Sayı az da olsa Şam ordusundan bir bölük silahlı adam gələn kimi hər biriniz evə girib, qapını bağlayır, siçan kimi deşiyə soxulursunuz. And olsun Allaha ki, yardım etdiyiniz hər kəs alçalmışdır. Kim sizinlə ox atsa, kirişi qırıq yayla ucluqsuz ox atmışdır. And olsun Allaha ki, siz evlərinizin qabağında çoxsunuz, bayraqların altında isə azsınız. Doğrudan da sizi nizam-intizama nə sala bilər? Əyriliyinizi nə düzəldə bilər?

Ey kufəlilər, sizdə olan üç şeylə, sizdə olmayan iki şeyə görə dərdlərə düşdüm, qəmlərə batdım; qulaqlarınız var, amma sanki karsınız. Danışırsınız, amma güya lalsınız. Gözləriniz var, elə bil korsunuz. Döyüşdə azad igidlər kimi dəyanətiniz yoxdur. Bəla gələndə siz güvənməli adam deyilsiniz.

Deməli Kufə camaatı çətin islah olunan, hər an ziddiyyətlə dolu yeni bir qərara gələn, eyni halda öz maddi mənfəətlərini hər şeydən üstün sayan insanlar idi.

 



منابع: İmam Hüseyn (ə) və Aşura qiyamı kitabı, Dr. Tofiq Əsədov və Dr. Əfzələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Kufəlilərin vəfasızlığı İmam Hüseyn

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات