ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Hz. Hüseynin (ə) qiyamının əsas amilləri: Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək

چاپ
Hz. Hüseynin (ə) qiyamının əsas amilləri: Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək

İmam Hüseynin (ə) qiyamında daha önəmli rol oynayan amillərdən biri də, əmr beməruf (yaxşılığa əmr etmək) və nəhy əz münkər (pislikdən çəkindirmək) olmuşdur. Daha dolğun desək, İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsinin əsl məqsədi, xalqı haqqa yönəltmək, İslam qanunlarını dirçəltmək və ölkədə islahat işləri aparmaqla zülmün, fəsadın və cinayətlərin kökünü kəsmək olmuşdur. Əslində onun (ə) Yezidlə beyət etməməsi və kufəlilərin dəvətini qəbul edərək onlara rəhbərlik məsuliyyətini öhdəsinə götürməsi də bu prinsip əsasında həyata keçmişdir.

Qurani-Kərim və dini rəvayətlərimizdə “əmr be məruf və nəhy əz münkər» məsələsinə olduqca çox əhəmiyyət verilmiş və imanı olan şəxsin bu işi tərk etməsinə Allahla düşmənçiliyə qalxmaq kimi baxılmışdır. 1

Qurani-Kərim «əmr be məruf və nəhy əzmünkərin» əhəmiyyəti barəsində buyurur: «Sizin daha yaxşı ümmət olmağınız, yaxşılığa əmr edib pislikdən çəkindirməklə əlaqədardır.» (Ali-İmran, 110)

Müqəddəs kitabımız bütün ümmətə bu əməli vacib etməklə yanaşı bunun iş üçün xeyriyyə cəmiyyətlərinin fəaliyyət göstərmələrini də tələb etmişdir. Necə ki, buyurur: «Gərək sizin aranızda bir qrup insanlar birləşərək xalqı xeyir işlərə dəvət edib, əmr beməruf və nəhy əzmünkər etsinlər... » (Ali-İmran, 104)

İslam dininin banisi Məhəmməd Peyğəmbər (s) bu haqda buyurur: «Tanrı dinsiz müsəlmanın düşmənidir». Bu zaman Peyğəmbərdən (s) soruşdular: Ey rəsulullah, məgər dinsiz müsəlman olar? Peyğəmbər (s) cavabında buyurdu: “Əmr beməruf etməyən müsəlman dinsiz sayılır. » 2

Deməli İslam dininin prinsipinə əsasən, hər bir müsəlmanın dini və imanı onun zülmə qarşı mübarizəsi, xeyriyyə və islahat işlərində göstərdiyi səylərə bağlıdır. Və bu işi daha layiqincə yerinə yetirmək İmamın öhdəsinə düşür. Elə buna görə də İmam Hüseyn (ə) bu yolda özünün ən yaxınlarının şəhid olması və əzizlərinin əsir düşməsinə razı oldu.

İmam Hüseyn (ə) Mədinədən hərəkət etdiyi zaman qardaşı Məhəmməd ibn Hənəfiyyəyə belə bir vəsiyyətnamə yazır: «Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə  fəsad törətmək üçün və nə də istibdada görə qiyam etmədim. Mən islahat üçün ayağa qalxdım. Mən qiyam etdim ki, yaxşılığa əmr edib, pislikdən çəkindirəm. Və cəddimin və atamın sünnəsini (sözlərini və əməllərini) dirçəldim. » 3

Həmçinin İmam (ə) öz söhbətlərinin birində buyurdu: “Ey camaat, bilin ki, Bəni-Üməyyə dudmanı Allahın əmrlərinə yox, şeytanın fərmanına itaət edir.

Bu dudman, İlahi qanunlarını ayaq altda qoyub, istədikləri cinayəti törətməkdən çəkinmirlər. Bəni-Üməyyə tayfası Allahın halalını haram, haramını halal etmiş və Əhli-beytə (ə) məxsus olan hüquqları özlərinə ixtisaslaşdırmışlar. Belə bir zamanda qiyam etmək hamıdan çox mənim öhdəmə düşür. » 4

Gördüyünüz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini islahat prinsipi əsasında həyata keçirtmişdir. O, dəfələrlə bu məsələyə toxunub xalqa belə müraciət edirdi: «Ey camaat Allahın Rəsulu (s) buyururdu ki, hər kim zalım sultanın Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə qarşı çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini sındırdığını görüb ona qarşı üsyan etməsə, Tanrı həmin zalım sultanın günahında onu da şərik edər... . » 5

İqbal Lahuri deyir: «İmam Hüseyn (ə) düşünülmüş şəkildə, müsəlmanların izzətini, şərəfini qorumaq üçün şəhadətə hazır oldu.» 6

 



منابع: [1]- «Müstədrəkül-vəsail», c. 2, səh. 357. [2]- «Biharül-ənvar», c. 97, səh. 86. [3]- «Məqtəli-Xarəzmi», c. 1, səh. 188. [4]- «Tarixi-Təbəri», c. 7, səh. 234, «Əl-Kamil», c. 3, səh. 280. [5]- «Tarixi-Təbəri»,, c. 4, səh. 305. [6]- «Divani-İqbal Lahuri», səh. 103.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn qiyamının səbəbləri

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات